247
Rixard Vaqner
Mənim həyatım
Sonralar, tənəzzül dövründə List Veymarda ona “Loenqrin”də Ortruda rolunu
etibar etmişdi. Mənim bu şərtlərdə iş görməyə çalışmağımdan daha miskin bir
şey təsəvvür etmək olmazdı. Zahirən uğursuz bir şey yoxdu və direktor operanı
Tixaçek gəlib hamburqlulara əsl “Riensi”nin nə demək olduğunu göstərənə qədər
repertuarında saxlamaq istəyirdi. Bu həqiqətən tezliklə, yayda baş tutdu.
Cənab Korne məyus və halsız olduğumu sezmişdi və arvadıma tutuquşu
hədiyyə etmək arzumu öyrəndiyi üçün işləri elə düzüb-qoşmuşdu ki, benefisdə
mənə bu quş növünün gözəl nümayəndəsi təqdim olunmuşdu. Kədərli qayıdış za-
manı onu dar qəfəsdə özümlə apardım və quşun qayğılarımı qiymətləndirdiyini,
sədaqətlə cavab verdiyini görüb çox mütəəssir olmuşdum. Minna məni böyük
sevinclə qarşıladı. Bu gözəl boz quşa əsasən mənim hələ ki, həyatda bir şeylərə
nail ola biləcəyimə qərar vermişdi. Bizim “Riensi”nin Drezdendəki ilk məşqi günü
dünyaya gələn qəşəng itimiz də var idi. Bu gözəl, sadiq varlıq müxtəlif istedad-
larını nümayiş etdirir və həmin illərdə evimizi ziyarət edən hər kəs tərəfindən
sevilirdi. İndi ona məzəli, sözə qulaq asan və dərrakəli quş da əlavə olunmuşdu.
Bu iki varlıq bizim uşaqsız həyatımızı şənləndirirdi. Arvadım tezliklə tutuquşuya
Riensi”dən bir parça öyrədə bilmişdi və quş pilləkənlərdən qalxdığımı görəndə
məni bu melodiya ilə salamlayırdı.
Beləliklə, mümkün qədər rahat ailə ocağı qurduğumu demək olardı.
154
Daha operalarımı səhnələşdirmək üçün heç yerə gedəsi olmurdum. Səbəb
çox sadə idi. Əsərlərm daha heç bir səhnədə nümayiş edilmirdi. Onların çox ya-
vaş yayılmasının səbəbləri barədə düşünərkən belə nəticəyə gəldim ki, müvafiq
klaviraussuqların olmaması da öz sözünü deyir. Bu cür nəşrlərdən ehtiyacım olan
gəliri qazanmağa ümid etdiyim üçün klaviraussuqları öz hesabıma çap etdirmək
qərarına gəlmişdim. Onun üçün F. Mezerin Drezdendəki indiyə qədər rəqslərdən
başqa heç nə çap etməyən musiqi mağazası ilə danışıqlara başladım və şərtləşdim
ki, müqaviləyə əsasən bu əsərlərin saxta naşiri olacaq. Əslində, o bütün nəşri 10%
komission gəlirlə anbarına götürür və nəşr üçün bütün vəsaiti mən təmin edirəm.
Bu üsulla iki opera nəşr etmək nəzərdə tutulurdu. Bunlardan “Riensi” ölçülərinə
görə xüsusilə böyük idi. Məlum oldu ki, bundan nüsxələrin uğurla yayılması və
təşəbbüsün gəlirinin artırılması üçün adi klaviraussuqlardan əlavə başqa növ
mətnsiz, iki və üç əlli aranjmanlar da çap etdirmək lazımdır. Böyük sərmayə la-
zım idi. Qeyd etdiyim evimi qurarkən aldığım borcların ödənməsi barədə dü-
şündüyüm üçün çox böyük məbləğ tapmalı idim. Bütün planlarımı və fikirlərimi
o vaxta qədər yeni təyinatla Drezdenə qayıdan (1844-cü ilin Pasxa bayramı idi)