Rixard Vaqner
Mənim həyatım
248
Şreder-Devrienlə paylaşdım. O, əsərlərimin gələcəyinə inanırdı, vəziyyətimin bü-
tün xüsusiyyətlərini yaxşı başa düşürdü, hesablamalarımı düzgün hesab edirdi və
hətta bunun xüsusi bir qurban tələb etmədiyini düşünərək mənə kömək etməyə
razı olmuşdu. O, lazımi məbləği əlində olan Polşa qiymətli kağızları ilə müvafiq
faizlə mənim ixtiyarıma verməyə hazır idi. Hər şey elə asan həll olundu və elə ay-
dın görünürdü ki, dərhal bir leypsiqli oymaçı (?) ilə danışıqlara başlayıb operanın
nəşrinə qoşuldum.
155
Nəşrin hazırlanması kifayət qədər irəliləyəndə və böyük ödənişlər etmək
vaxtı yetişəndə Şreder-Devrienə söz verdiyi məbləği almaq üçün müraciət et-
dim. Lakin gözlənilməz çətinliklə qarşılaşdım. Məsələ burasında idi ki, məhşur
artist şəxsi həyatının yeni fazasına qədəm qoymuşdu və bu mənim üçün faciəvi
nəticələnmişdi. Yazıq Münhauzenlə əlaqəni tamam kəsən aktrisa ürəkdən peşman
olaraq köhnə sevgilisi dostum Herman Müllerə qayıtmış, lakin tezliklə yenilənmiş
əlaqələrin onu razı salmadığı qənaətinə gəlmişdi. Onun həyatının üfüqündə yeni
ulduz parıldayırdı. Bu, bir qvardiya leytenantı idi. O, yenidən sevgilisinə xəyanət
etmiş, onu satmış və mənəvi, intellektual yoxsulluğu hamıya məlum olan gənc,
qamətli kişinin qoynuna atılmışdı. Devrien xoşbəxtliyini bununla tamamlamağa
ümid edirdi. Leytenant payına düşən xoşbəxtliyə çox ciddi yanaşdı və hər şeydən
əvvəl, gələcək həyat yoldaşının var-dövlətinə sahib çıxmağı unutmadı. O, Devri-
enin əmlakının yaxşı qorunmadığını aşkarlayıb onu daha yaxşı idarə edəcəyini
düşünmüşdü. Devrien utanaraq qarışıq ifadələrlə öz əmlakının sərbəst idarə olun-
masından imtina etdiyini və verdiyi sözü yerinə yetirmək iqtidarında olmadığını
izah etdi. İşlərin bu cür gedişatı məni sonsuz çətinliklər və sıxıntı dairəsinə sal-
dı ki, bütün ömrüm boyu bundan qurtula bilmədim. Bu ümidsiz çap işi həmin
vaxtdan bütün başlanğıclarımın və təşəbbüslərimin üstünə kölgə kimi çökürdü.
Məlum olmuşdu ki, mən çox uzağa getmişəm və qayıtmaq qeyri-mümkündür. Bu
vəziyyətdən nisbətən yaxşı çıxmaq üçün yalnız işi sona yetirmək və onu gələcəkdə
uğurla təmin etmək lazım idi. Mən əvvəlcə tanışlardan, sonra isə son həddə çata-
raq mümkün olan hər kəsdən ən qısa müddətlərə və sələm faizləri ilə borc alma-
ğa başladım. Bu pullar iki operanın nəşrini, sonra isə “Tanhauzer”i tamamlamaq
üçün lazım idi. Bu qeydi ona görə edirəm ki, oxucunu qaçılmaz labüdlüklə baş
verən gələcək fəlakətlərə hazırlayım.
Əvvəllər vəziyyətim elə də ümidsiz görünmürdü. Düzdür, öz təcrübəmdən
Almaniyada ümumiyyətlə teatr işinin necə təşkil olunduğunu bildiyim üçün
operalarımın sürətlə yayılmasına ümid etmək olmazdı. Lakin uğurdan əlimi üz-