249
Rixard Vaqner
Mənim həyatım
mürdüm. Berlinin və Hamburqun həvəsdən salan nümunələri ilə yanaşı adamı
gümrahlaşdıran əlamətlər də var idi. “Riensi” Drezdendə hələ də böyük uğur
qazanırdı. Yay vaxtı şəhərdən dünyanın dörd bir yanından gələn çoxlu ziyarətçi
keçdiyi üçün bu vəziyyət xüsusi əhəmiyyət kəsb edirdi. Almanlar da, xaricilər də
Drezdendən başqa heç yerdə dinləməyin mümkün olmadığı operamla çox maraq-
lanırdılar. O, hamını razı salırdı və “Riensi”nin hər yay tamaşası qışdakından geri
qalmayaraq məstedici təntənə xarakteri daşıyırdı. Əlbəttə, bütün bunlar mənim
gümrahlığımı qoruyurdu.
Bir dəfə bu ziyarətçilər arasında List də olub. Həmin vaxt Drezden teat-
rının repertuarında “Riensi” olmadığı üçün o, rəhbərlikdən israrla operanın
növbədənkənar nümayişini tələb edibmiş . Onunla tamaşa vaxtı Tixaçekin otağın-
da rastlaşdım və o, demək olar, heyrət dolu razılığını elə dəqiq və aydın ifadə etdi
ki, qəlbimin dərinliklərinə toxuna bildi. Bu görüşün bizi çox yaxınlaşdırmaması
həmin vaxt Listin düşdüyü və onu yeni, həyəcanlandırıcı təəssüratlar axtarma-
ğa vadar edən xüsusi halla izah etmək olardı. Buna baxmayaraq, həmin andan
o, tez-tez mənə olan rəğbətini biruzə verməyə başladı. Aydın idi ki, onda qoy-
duğum təsir möhkəm və ciddi idi, onun mənə marağı get-gedə daha parlaq for-
ma almağa başlamışdı. Dünyanı triumfal səyahəti vaxtı getdiyi yerlərdən yüksək
dairələrə məxsus adamlar “Riensi”ni eşitmək üçün Drezdenə gəlirdilər. Listin
operam barədə rəyləri, ifa etdiyi ayrı-ayrı parçalar onları qeyri-adi və əhəmiyyətli
təəssüratlar gözləməyə vadar edirdi. Listin dostyana diqqətindən və şövqündən
başqa qulağıma cəmiyyətin digər dairələrindən də məmnuniyyət dolu fikirlər ça-
tırdı. Verderin “Uçan hollandiyalı”nın ikinci tamaşasından sonra qəribə ziyarəti
yeganə belə hadisə olaraq qalmadı. Tezlikılə tanımasam da, həmin vaxtdan sa-
diq dostuma çevrilmiş Alvina Frommandan da coşqun təəssüratların yazıldığı bir
məktub almışdım. Berlindən gedişimdən sonra o, iki dəfə Şreder-Devrieni “Uçan
hollandiyalı”da dinləmişdi və təəssüratlarını təsvir etdiyi məktub isə nadir halda
böyük sənətkarların payına düşən canlı və dərin inamla zəngin idi. Belə məktublar
həmişə sənətkarın ruhunda, onun özünə inamında dərin iz buraxırdı. Sənətkara
lazım olan da məhz bu idi.
156
Öyrəşdiyim kapelmeyster fəaliyyəti ötən il ərzində məndə heç bir canlı,
təravətli təəssürat buraxmamışdı. Fəaliyyətimin ildönümü münasibətilə məni
fərqləndirmək üçün Qlükun “Armida”sının (bu operanı ilk dəfə 1843-cü ilin mar-
tında, Şreder-Devrienlə, onun Drezden səhnəsindənmüvəqqəti uzaqlaşmasınadək
səhnələş-dirmişdilər) rəhbərliyini tapşırmışdılar. Meyerber də baş muzikdirektor