Rixard Vaqner
Mənim həyatım
250
funksiyasına Berlində məhz bu opera ilə başladığı üçün tamaşaya xüsusi diqqət
ayrılmışdı. “Armida”nın əhatə olunduğu bütün hörmət-izzət məhz bununla izah
olunurdu. Mənə demişdilər ki, Meyerber “Armidan”nın partiturası ilə Relştabın
yanına getmişdi ki, ondan bu əsəri düzgün başa düşmək üçün göstərişlər ala bil-
sin. Lakin bunun ardınca məşhur bəstəkarın
Feldlager in Schleisen”
partiturasını
özü qədər məşhur rəyçiyə iki gümüş şamdanla göstərməsi əhvalatını eşitdiyim
üçün, onun “Armida” barədə göstərişlərinə əhəmiyyət verməyib işin öhdəsindən
öz gücümlə gəlməyə qərar verdim. Mən vicdanla bu quru partituranı hiss etməyə
və ifasına bir qədər hərəkətli nüanslaşdırma daxil edərək yumşaltmağa nail olma-
ğa çalışdım. Nəticədə, mənim şərhim Qlükun bilicisi Eduard Devrienin dərin razı-
lığını qazandı və bu hal məni də məmnun etdi. O, operanın bizdəki və Berlindəki
tamaşalarını dinləyib müqayisə edərək mənim bəzi hissələrə daxil etdiyim
hərəkətliliyi Berlindəki kobud ağırlığa malik tamaşa ilə müqayisədə bəyənmişdi.
Xüsusilə, üçüncü pərdədə (“C-dur”) nimfaların kiçik xoruna diqqət yetirmişdi.
İfaya zərif piano və sakit temp daxil edərək xoru Berlin tamaşasında üzərinə vu-
rulan antik kobudluq (yəqin ki, tarixi həqiqətlərə hörmətdən) möhüründən xilas
etmişdim. Orkestrin əzablı monotonluğunu dağıtmaq üçün əl atdığım məsum
vasitə fasiləsiz rəvan
bassocontinuo
partituraları gah
legato
,
gah
pizzicato
ifa edərək
dəyişdirməyimdən ibarət idi. Rəhbərlik operanın zahiri quruluşuna, əsasən de-
korasiyalara xüsusi diqqət yetirmişdi və “Armida” kifayət qədər yaxşı qazanc
gətirirdi. Bu vəziyyət mənə Qlüka uyğun və onun ruhuna yaxın dirijor kimi şöhrət
gətirdi. Belə ki, mənə qədər “Tavridada”da Şreder-Devrienin sarsıdıcı ifasına bax-
mayaraq gəlir gətirməmişdi.
157
Lakin dirijor şöhrətim bu tamaşa ilə məhdudlaşdı. Çünki adətən gündəlik
repertuara daxil olan Motsart operalarının dirijoru kimi çıxış edirdim. “Armida”
dan sonra məndən qeyri-adi şeylər gözləyənlər bu əsərlərin solğun quruluşundan
məyus olurdular. Hətta mənə rəğbət bəsləyən adamlar da belə nəticəyə gəlirdilər
ki, mən Motsarta ciddi yanaşmıram və onu anlamıram. Onlar dərk etmirdilər ki,
bu təsadüfi tamaşalarda yalnız köməkçi dirijor kimi çıxış edir, çox vaxt operaya
məşqsiz rəhbərlik edirdim və bu halda ifanın keyfiyyətinə təsir etmək ağlasığmaz
idi. Əlbəttə, mən də belə vaxtlarda özümü narahat hiss edirdim, lakin əlimdən
bir şey gəlmirdi, işim bununla daha da dözülməz olurdu. Teatr ətaləti və dola-
şıq dəftərxana işləri ilə bağlı pozğun təfəkkürdən asılılığımı dərk etmək əzab ve-
rirdi. Düzdür, lap əvvəldən xidmət fəaliyyətimin pis tərəflərini nəzərə alırdım,
lakin bundan vəziyyətim yüngülləşmirdi. Arada rəhbərliyin tələblərimizə, opera