251
Rixard Vaqner
Mənim həyatım
tamaşalarını lazımi səviyyədə saxlamaq səylərimizə diqqətsiz münasibətindən
şikayətləndiyim kolleqam Reysiger, məni vaxt keçdikcə özü kimi bütün arzuları
unudub qaçılmaz kapelmeyster taleyinə boyun əyəcəyimlə təsəlli edirdi. Bu za-
man o, qürurla yekə qarnına vurur və mənə də tezliklə belə qarına çatmağı arzula-
yırdı. Xüsusilə, hətta ən məşhur dirijorların da sənətkarların ən yaxşı əsərlərini ifa
edərkən buna əməl etdiklərindən əmin olduqdan sonra bu mühit mənə xüsusilə
dözülməz gəlirdi. Hələ Drezdendəki ilk ildə Mendelson Drezden kapellasının
Bədmüşk bazar günlərində verdiyi məşhur konsertlərdən birində “Pavel” orato-
riyasına dirijorluq etmək üçün dəvət olunmuşdu. Bu əsərlə tanışlıq mənə elə xoş
təsir bağışlamışdı ki, səmimi qəlbdən bir daha ona yaxınlaşmağa cəhd etdim. Bu
konsertdə üzə çıxan bir xüsusi vəziyyət məni bu məqsədimdən dərhal çəkindirdi.
Oratoriyadan sonra Reysiger Bethovenin Səkkizinci simfoniyasına dirijorluq etdi.
Son məşqlərdə fikir verdim ki, simfoniyanın üçüncü hissəsinin ifası zamanı o da
dirijorların adi səhvini təkrarlayır:
Tempo di minuetto
nu elə sürətləndirmişdi ki,
nəticədə onu mənasız valsa çevirmişdi və bununla da bütün simfoniyanın inan-
dırıcı xarakterini təhrif etməklə yanaşı, trionun özünə də violonçelistlərin lazımi
templə başa çıxmasının qeyri-mümkünlüyü ilə komik xarakter vermişdi əsərə.
Bu barədə Reysigerlə də danışmışdım və o razılaşıb söz vermişdi ki, konsertdə
menuetin göstərdiyim əsl tempini saxlayacaq. Mendelson oratoriyasından sonra
dincəlmək üçün lojada yanımda oturub simfoniyaya qulaq asanda hər şeyi ona
danışdım. Mendelson da mənimlə razılaşıb qeyd etdi ki, ifa barədə göstərişlərim
tamamilə düzgündür. Lakin üçüncü hissə başladı və Reysiger heç bir hazırlıq ol-
madan okestri birdən-birə tempdə belə əhəmiyyətli dəyişikliyə tabe olmağa vadar
etmək iqtidarında olmadığından əvvəlki vərdişinə qayıtdı və yenidən
Tempo di
minuetto
vals ritminə keçdi. Bu mövzuda məyusluğumu bildirmək istəyirdim ki,
Mendelson razı halda başını yellədi. Deyəsən, mənim istədiyimin məhz bu oldu-
ğunu hesab edirdi. Məşhur musiqiçinin hissiyyatdan məhrum olması məni elə sar-
sıtmışdı ki, dilim tutuldu və həmin vaxtdan məndə xüsusi bir təsəvvür formalaşdı.
Sonradan Robert Şuman bu fikri dəstəklədi. O, “Doqquzuncu simfoniya”nın ilk
hissəsini ifa edərkən tutduğum tempdən razılığını bildirərək Leypsiqdə Mendel-
sonun ildən-ilə bu hissəni tezləşdirərək təhrif etdiyindən şikayətlənirdi.
158
Beləliklə, böyük sənətkarların dəyərli əsərlərinin səhnələşdirilməsinə hər
hansı təsir göstərmək imkanı hər dəfə ələ düşmürdü və ən zavallı şəkildə adi teatr
repertuarı ilə razılaşmalı olur, bundan heç bir zövq almırdım. Yalnız 1844-cü ildə
Pasxadan öncəki Bədmüşk bazar günü, Hamburqdakı ağır səfərdən qayıtdıqdan