Rixard Vaqner
Mənim həyatım
252
sonra bu cəhətdən özümü bir qədər kompensasiya edə bildim. Konsertdə mənə
Pastoral simfoniya”ya dirijorluq etmək tapşırılmışdı. Bir neçə iri nöqsanların ara-
dan qaldırılması ilə məşğul olmaq lazım idi və bu məqsədə çatmaq üçün çətin, do-
lanbac yollarla getməli oldum. Yəni, bu məşhur konsertlərdə orkestrin həmişəlik
qəbul edilmiş uzun seyrək yarımdairə şəklində düzülüşü o qədər yanlış idi ki,
yalnız Reysigerin mənə söylədiyi fikirlərlə bu yöndəmsizliyi izah etmək olardı.
O deyirdi ki, bu qayda hələ rəhmətlik kapelmeyster Morlaki tərəfindən yaradı-
lıb. Bu kapelmeyster isə bir italyan opera bəstəkarı kimi nə orkestrin mənası, nə
də vəzifələri barədə heç bir təsəvvürə malik deyildi. Mən niyə ona anlamadığı
şeylərə rəhbərlik etməyi həvalə etdiklərini soruşdum. Reysiger cavab verdi ki,
hələ çoxdan həm saray, həm də ümumi rəhbərlik bu italyanı hamıdan, hətta Karl
Mariya fon Veberdən üstün tuturdular və heç bir etiraza yol verilmirdi. İndi də
nəsildən-nəsilə keçən səhvləri bildirsək, bizi böyük çətinliklər gözləyər. Çünki
hələ də yüksək dairələrdə Morlakinin hər şeyi hamıdan yaxşı bildiyinə əmindirlər.
Qəlbimdə uşaqlıqdan qalan “Sassarolun axtalanması” barədə xatirələr canlan-
dı və indi Veberin həyat yoldaşının ərinin Drezdendəki varisi olub kapelmeys-
ter vəzifəsini qəbul etməyimə niyə belə əhəmiyyət verdiyini anladım. “Pastoral
simfoniya”nın ifası bütün ümidləri üstələyərək çox uğurlu alındı. Şəxsən mən ilk
dəfə Bethovenin bütün canlandırıcı qüvvəsini, onun əsərinin öyrənilməsinin se-
hirli zövqünü hiss etdim. Mənimlə birlikdə Rekel də bu zövqü yaşayırdı. O, bütün
məşqlərdə məni gözü və qulağı ilə dəstəkləyirdi. O, hər zaman mənim yanımda
idi. Biz birlikdə dinləyir və eyni şeyləri istəyirdik.
159
Həmin ilin yayında mən bir tədbir də keçirməli idim və o, böyük daxili
məmnunluq vəd edirdi. Tədbir böyük musiqi əhəmiyyəti kəsb etməsə də, ictimai
əhəmiyyətdən məhrum deyildi. Hələ şahzadə Fridrix deyə çağrılarkən, xüsusi
simpatiya bəslədiyim Saksoniya kralının İngiltərəyə uzunmüddətli səfərdən qayıt-
masını gözləyirdilər. İngiltərədən gələn xəbərlər mənim vətənpərvər duyğularımı
oxşayırdı. Lovğalıqdan uzaq kral İngiltərədə olanda imperator Nikolay da Lon-
dondaymış. Onun şərəfinə böyük ziyafətlər və hərbi nümayişlər təşkil olunmuş-
du. Zahiri parıltını sevməyən kralımız da bu tədbirlərdə iştirak etməyə məcbur
olmuşdu. Məlum olmuşdu ki, Rusiya çarına soyuq münasibət bəsləyən xalq bizim
kralımızı nümayişkaranə, xüsusi vurğulanmış həvəslə qarşılayır. Qəzetlərdə də bu
tendensiya aydın nəzərə çarpırdı və beləliklə, kiçik Saksoniyaya İngiltərədən meh-
riban, səmimi meh əsib ürəklərimizi fərəh, sevinc və krala sevgi ilə doldurdu. Bu
ab-havayamən də qərq olmuşdum. Öyrəndimki, evə qayıdan krala Leypsiqdə mu-