253
Rixard Vaqner
Mənim həyatım
siqili hissəsi Mendelsona havalə edilən təntənəli qarşılanma mərasimi hazırlanır.
Bu münasibətlə Drezdendə nə tədbir görüləcəyini soruşmağa başladım və məlum
oldu ki, kral qayıdanda düz Piltinsdəki malikanəsinə gedəcək. Tez bunu müzakirə
edib anladım ki, əgər krala şəxsən səmimi qarşılama təşkil etmək istəyirəmsə,
deməli, mənim üçün xüsusilə yaxşı vəziyyət yaranır. Çünki əgər Drezdendə görüş
baş tutsaydı, mən rəsmi ağır nümayişdə yalnız kral qulluğunda olan adam kimi
iştirak edəcəkdim. Mən cəld ifa edən və oxuya bilən hamını, hər şeyi toplayıb qar-
şılama nəğməsi bəstələmək və onu kral Piltinsə gəldiyi günün səhəri ifa etmək
qərarına gəlmişdim. Amma xüsusi çətinliklə qarşılaşdım. Baş direktor Lütihau bu-
rada yox idi, o, mülklərinin birinə getmişdi. Bundan başqa, kolleqam Reysigerlə
söhbətləşmək və tədbirimizin rəsmi hal almasına yol verməmək üçün zaman la-
zım oldu. Beləliklə, vaxt az qalırdı. Kralın gəlişini gözləyirdilər və buna görə mən
Liedertafel
in sədri mövqeyimdən istifadə etmək qərarına gəldim. Musiqçiləri və
ifaçıları dəvət etdim, həmçinin dost kimi teatr qüvvələrini və kapellanı iştiraka
cəlb etdim. Tələsik Pilnitsə yola düşdüm ki, qofmarşalla təfərrüatları müzakirə
edim. O, da bu fikrə müsbət yanaşırdı. Ora gedib-gələrkən şeir yazıb onu musiqiyə
uyğunlaşdırmalı idim ki, evə çatan kimi işi surətköçürənə və litoqrafa ötürə bilim.
Yayda mənzərəli yerlərlə açıq havada sürətli hərəkət, məni tədbirə ruhlandıran
alman monarxına səmimi sevgi əhvalımı yüksəltmişdi. Məhz belə əhvalda əvvəlcə
kralı qarşılama musiqisində, sonradan “Tanhauzer”in marşında daha geniş açı-
lan və onu ən məşhur əsərlərimdən birinə çevirən melodik konturlar yaranmış-
dı. Səhəri gün 120 musiqiçinin və 300 ifaçının iştirakı ilə məşq baş tutmalı idi.
Mən bu kütləni saray teatrının səhnəsinə dəvət etməyə cürət etmişdim. Hər şey
əla gedirdi, hamı razı idi və mən hər kəsdən çox razı idim. Birdən gözlənilmədən
şəhərə gələn baş direktorun nümayəndəsi məndən izahat tələb etdi. Dostum Rey-
siger tərəfindən məlumatlandırılan cənab fon Lütihau qəzəbdən özünü itirmişdi.
Elə bil, baron tacı olsaydı, onu hiddətlə başından çıxarıb atardı. Birbaşa qofmar-
şala müraciət etməyim onu xüsusilə qəzəbləndirmişdi. Çəkdiyim əziyyətlərin
həddindən artıq tez məqsədə çatmağa kömək etdiyini bildirməyim isə vəziyyəti
daha da ağırlaşdırdı. Belə ki, onun əsl mahiyyəti bu sahədə əldə olunan hər şeyi
inanılmaz dərəcədə çətin, öhdəsindən gəlinməz bir şey kimi göstərmək idi. Dərhal
hər şeydən imtina etməyə hazır olduğumu bəyan etdim. Sözlərim onu qorxutdu.
Bu halda nə istədiyini soruşdum. O, nə cavab verəcəyini bilməsə də, bu işdə nəinki
onu, həmçinin Reysigeri tapdalayıb keçməyimi çox həmkarlığa yaraşmayan bir
addım hesab etdiyini bildirdi. Həm əsərimdən, həm də dirijorluqdan imtina edib
hər şeyi Reysigerin əllərinə təslim etməyə hazır olduğumu dedim. Bu da onu razı
salmadı. Belə ki, - bunu yaxşı bilirdim – o, Reysigerə heç dəyər vermirdi. İşlərimi
onun şəxsi düşməni, hər dəfə ona tələlər quran qofmarşal Reytsenşteyn vasitəsilə
həll etməyimdən heç xoşu gəlməmişdi. Bu saf etiraflar ona səmimi mərhəmətimi