Rixard Vaqner
Mənim həyatım
254
bildirməyimə səbəb oldu. O, isə çiyinlərini çəkib bu xoşagəlməz əhvalata öz yolu
ilə irəliləməyə izn verdi.
160
Lakin bu qofintendant burulğanından daha çox pis hava kefimi pozmuşdu.
Bütün günü leysan yağdı və əgər belə getsəydi, bəzi əlamətlərdən ehtimal etmək
olardı ki, səhəri gün saat 5-də proqramı yerinə yetirmək, yüzlərlə əməkdaşımla
birlikdə xüsusi tutulmuş gəmiyə minib Pilnitsə (Drezdendən 2 saat uzaqlıqda
bir yerə) yola düşmək və orada salamlama kantatamızı ifa etmək qeyri-müm-
kün olacaq. Bu məni həqiqətən məyus edirdi və yalnız Rekel mənə bu sözlərlə
təsəlli verirdi: “Sakitləşmək olar, sabah gözəl hava olacaq, bəxtimiz gətirib”. Bu
sözlər xatirimdə qalmışdı. İllər sonra bütün başlanğıclarımı izləyən uğursuzluq-
lar zamanı bu sözləri pis bir istehza kimi xatırlayırdım. Lakin bu dəfə Rekel düz
demişdi. 1844-cü il 12 avqustda səhərdən gecəyə qədər ömrümdə gördüyüm ən
gözəl yay günü keçmişdi. Mən məmnuniyyətlə uğurun xəbərçisi dumanın arasın-
dan şən müğənni və musiqiçi legionlarının gəmiyə yığışdığına baxır və sinəmdə
xoşbəxətliyə inam böyüyürdü. Dostyana həmlələrlə Reysigerin bikefliyini dağı-
dıb əsərimə dirijorluğu öhdəsinə götürərək bu tədbiri keçirmək şərəfini mənimlə
bölüşdürməsinə razı saldıım. Sağ-salamat çatdıq. Kral və ailəsi çox mütəəssir
olmuşdular. Deyilənə görə, çətin vaxtlarda Saksoniya kraliçası o günü, o səhəri
ömrünün ən yaxşı dövrü kimi xatırlayırmış. Reysiger böyük şərəflə çubuğunu
yelləyirdi, mən tenor kimi xorda ifa edirdim. Nəğmə bitdikdən sonra isə bizi
hər iki kapelmeysteri – kral ailəsinə yaxınlaşmağa dəvət etdilər. Kral səmimi
minnətdarlığını bildirdi, kraliça isə bizə xüsusi şəfqətlə yanaşdı, məni əsərimə,
Reysigeri isə çox yaxşı dirijorluq etdiyinə görə təriflədi. Kral bizdən yalnız son üç
bəndi təkrarlamağı xahiş etdi. Çünki o açıq havada çox qala bilməzdi, dişi ağrıdığı
üçün üzü şişmişdi. Mən tez xorla xüsusi manevr təşkil etdim ki, bunun da uğur-
lu alınmasını özümə xüsusi məziyyət hesab edirəm. Bütün nəğməni təkrarlamağı
əmr etdim. Yalnız bir bənd kralın istəyinə görə əvvəlki yarımdairəni saxlayaraq
ifa edildi. İkinci bənd başlayarkən 400 nəfərdən ibarət intizamsız musiqiçi və ifaçı
kütləsini elə hesabla geri çəkməyə başladım ki, iki bənd monarxın qulağına bağça-
nın uzaq künclərindən xülya kimi çatırdı. Eyni anda hər yerdə olub hamıya kömək
etmək üçün inanılmaz güc sərf etməli oldum. Lakin manevr uğurlu alındı. Hər
şey rəvan, çox əminliklə keçdi və nə taktda, nə ümumi ansamblda ən kiçik çətinlik
belə yaranmadı. Elə bil, manevr əvvəldən təcrübəli teatr truppası tərəfindən
öyrənilmişdi. Sarayın yaşıl çəmənliklərində qayğıkeş qonaqpərvər kraliçanın əmri
ilə zəngin səhər süfrəsi açılmışdı. Səhər yeməyi ərzində dəfələrlə səmimi qəlbdən