255
Rixard Vaqner
Mənim həyatım
həyəcanlanmış kraliçanın bizə yaxşı qulluq edildiyini görmək üçün pəncərələrdən
qayğıkeşliklə baxdığını gördük. Hamının baxışları xoşbəxtlikdən parıldayır-
dı. Mənə ümumi xoşbxətliyin səbəbkarı kimi baxırdılar və hamı özünü az qala
cənnətdə hiss edirdi. Ziyafətdən sonra gözəl saray ətrafını, dəyərli xatirələrlə bağlı
olduğum Kepqrundu gəzdik və yalnız gecəyarısı əla əhval-ruhiyyədə Drezdenə
qayıtdıq. Səhəri gün baş direktor yenidən məni dəvət etdi. Lakin aydın idi ki,
bu vaxt ərzində fon Lütihau ilə nəsə baş verib. Səbəb olduğum narahatlığa görə
səmimi şəkildə üzr istəməyə başlayanda sərt simalı, uzun, quru adam əlimdən
tutdu, heç vaxt onda ehtimal verməyəcəyim işıqlı sifət ifadəsi ilə dedi ki, “heç bir
narahatlıqdan” söz gedə bilməz, mən dahiyəm, onun özünü heç kimin xatırlama-
yacağı dövrlərdə məni hələ də sevgi ilə yada salacaqlar. Qəlbimin dərinliklərinə
qədər sarsılıb bu etiraflara görə utandığımı bildirmək istəyəndə o, mehribanlıq-
la sözümü kəsdi, özünü də bürüyən həyəcanın öhdəsindən dostyana söhbətlə
gəlməyə çalışdı. O, gülümsəyərək bu məsələyə heç bir dəxli olmayan Reysigerə
şərəfli vəzifəni güzəştə getməyimdən danışdı. Kolleqama dirijorluğu böyük
məmnuniyyətlə tapşırdığımı söyləyəndə isə o, dedi ki, məni yaxşı başa düşür, la-
kin heç ona məxsus olmayan bu vəzifəni qəbul edən Reysigeri anlaya bilmir. Uzun
müddət Lütihaunun bu münasibəti elə möhkəmlənmişdi ki, iş məsələlərində ara-
mızda tam inam yaranmışdı. Münasibətlərimiz dəyişərək kəskin düşmənçilik xa-
rakteri alanda da bu qəribə adamın qəlbində mənə qarşı mehribanlıq notu qal-
mışdı. Belə ki, onun bir çox kəskin hücumları daha çox təhqir olunmuş sevginin
doğurduğu təhrif olunmuş şikayətə bənzəyirdi.
161
Həmin il bir qədər gecikmiş məzuniyyətdən yalnız sentyabrda istifadə edə
bildim. Mən Lohvits yaxınlığında, məşhur
Findlater
üzümlüyünün yanındakı Fişer
adlı bir yerə köçdüm. Təbiətin qoynunda altı həftə keçirdikdən sonra gümrahlaşıb
və güc toplayıb 15 oktyabra “Tanhauzer”in ikinci pərdəsinin musiqisini bitirdim.
Həmin vaxt Drezdendə bir qədər qeyri-adi tamaşaçı auditoriyası qarşısında “Ri-
ensi” nümayiş olunmalı idi və mən dirijorluq üçün ora yollandım. Amfiteatrda
təsadüfən Spontini ilə Meyerber görüşdü, onlara Rusiya milli himninin bəstəkarı
general Lvov da qoşuldu. Operamın bu mötəbər hakimlərə necə təsir etdiyi məni
qətiyyən maraqlandırmırdı. Mən bu insanların “Riensi” tez-tez səhnələşdirilsə də,
daha çox nə qədər uğur və gəlir qazandığını görməsindən məmnuniyyət duyur-
dum. Tamaşanın sonunda kənddən bura qədər ekipajımın arxası ilə qaçan Pepsi
yanıma gətirəndə xüsusilə sevindim və Avropanın məşhurları ilə görüşdən dərhal
sonra sakit üzümlüyə, Minnanın yanına qayıtdım. Minna xüsusilə itkin hesab et-