Rixard Vaqner
Mənim həyatım
256
diyi Pepsə görə məni qeyri-adi sevinclə qarşıladı. Berlindəki fövqəladə vəziyyətdə
yaxınlaşdığım dostum Verder də məni burada ziyarət etdi. Bu dəfə o ziyarətimə,
normal adamlar kimi gündüz vaxtı, aydın səma altında gəlmişdi. Biz “Uçan
hollandiyalı”nın üstünlükləri barədə çox müzakirələr aparırdıq. Artıq fikrimdə
Tanhauzer” olduğu üçün bu operaya nisbətən soyuq yanaşırdım və dostumun
dəlillərimlə razı olmaması və əsərimin əhəmiyyətini aydınlaşdırmağa çalışması
çox nəzakətli davranış idi.
Qış mənzilimizə qayıdan kimi “Tanhauzer”in birinci və ikinci pərdələri
arasındakı ləngimələr olmadan üçüncü pərdəni bəstələməyə başladım. Yorucu
işə baxmayaraq gündəlik tənha gəzintiyə çıxmaq vərdişim sayəsində bu pərdəni
il bitməmiş, 29 dekabra qədər qurtardım. Xüsusilə, Spontininin yeni “Vestalka”
(“
Kahin qız”) operasının səhnələşdirilməsi ilə bağlı bizdə olması məni işdən ya-
yındırırdı. Həmin günlərdə baş verən qeyri-adi əhvalatlar, qocaman sənətkarın
xarakterik cizgiləri və xüsusiyyətləri ilə bağlı xatirələr yaddaşımda elə canlı qalıb
ki, onların üzərində dayanmağa dəyər.
162
Şreder-Devrienin iştirakı ilə biz operanın əsas hissələrinin gözəl keçməsinə
arxayın ola bilərdik. Mən fon Lütihauya fürsətdən istifadə edib Spontiniyə xüsu-
si, nümayişkaranə diqqət göstərməyi məsləhət gördüm. Məsələ burasında idi ki,
Spontini bu yaxınlarda Berlində böyük xoşagəlməzliklər yaşamışdı və biryolluq
bu şəhərdən üz döndərmişdi. Biz isə ona haqqıyla məşhurlaşmış operasına özü-
nün dirijorluq etməsini təklif edərək bir növ mənəvi kompensasiya verə bilərdik.
Fikrim qəbul olunmuşdu və Spontininin əsəri ilə tanış olduğum üçün bu məsələ ilə
bağlı danışıqların aparılmasını mənə təklif etmişdilər. Görünür, məktubum fran-
sız dilində yazılsa da, onu inandırmışdı ki, mən bu təşəbbüsə müsbət münasibət
göstərirəm. Möhtəşəm cavab məktubunda o, öz rəhbərliyi ilə operanın təntənəli
tamaşası üçün xüsusi tələblərini başa salmışdı. Şreder-Devrienin də daxil olduğu-
nu nəzərə alaraq ifaçı heyətindən razı qalmışdı. Xor və baletə gəldikdə isə, bunla-
rın layiqli təşkil olunacağından əminliyini bildirmişdi. Orkestrlə bağlı isə o əmin
idi ki, əgər orkestr kifayət qədər yaxşı musiqiçilərdən təşkil olunsa və onun dediyi
kimi hər şey birlikdə “12 yaxşı konrabasla tamamlansa” (“
le tout garni de douze
bonnes contre-basses”
)
razı qalacağını ehtimal edirdi. Bu ifadə məni məyus etmiş-
di. Ona əsasən asanlıqla bəstəkarın digər arzularının hansı miqyasda olacağını
təyin edərək tələsik intendantlığa xəbər verdim ki, bu iş bizim nəzərdə tutduğu-
muz qədər asan olmayacaq. İntendant çox qorxmuşdu. Dərhal təklifi geri çəkmək
yolları axtarmağa başladılar. Şreder-Devrien necə çətin vəziyyətə düşdüyümüzü