257
Rixard Vaqner
Mənim həyatım
öyrənəndə Spontinini yaxşı tanıdığı üçün sadəlövhlüyümüzə ürəkdən gülmüş-
dü. Lakin buna baxmayaraq o, köməyimizə yetdi və onun sağlamlığını bəhanə
gətirərək operanın səhnələşdirilməsini qeyri-müəyyən müddətə ləngitməyi təklif
etdi. Ehtimal edirdik ki, Spontini gözləmək istəməyəcək. Onun vaxtı az idi və pla-
nımızı dərhal yerinə yetirməyi tələb edirdi. Onu səbirsizliklə gözlədikləri Parisə
tələsirdi. Məsum bir komediyaya əl ataraq maestronu rəhbərliyin təklifindən öz
xoşu ilə imtina etməyə vadar etməli idim. Biz rahat nəfəs aldıq, işə davam et-
dik və artıq ümumi məşq ərəfəsində idik ki, bir dəfə günorta vaxtı evimin ya-
nında araba dayandı və mənzilimə uzun tünd-göy rəngli gödəkcə geyinmiş qoca
heç kimin müşayiəti olmadan, yaşına məxsus olmayan canlılıqla və adəti üzrə
əzəmətli ispan qrandı yerişi ilə daxil oldu. O, həyəcanla məktublarımı göstərib
söhbətimizə əsaslanaraq dedi ki, əsla təklifimizdən imtina etmir, əksinə, bütün
şərtlərimizi qəbul edir. Mən bizi gözləyən bütün çətinlikləri unutdum və bu qəribə
adamı evimdə görməyin, onun əsərini öz rəhbərliyi ilə qulaq asmağın sevincinə
təslim olub dərhal onu razı salmaq üçün hər bir şeyə əl atmaq qərarına gəldim.
Açıqürəkliliklə və hərarətlə bunların hamısını ona dedim və o, fikirlərimə uşaq
kimi təbəssümlə yanaşdı. Lakin mən onu səmimiyyətimə tamamilə inandırmaq
üçün səhəri gün məşqdə dirijorluq etməyi təklif edəndə o qəfil əzilib-büzüldü və
ona mane olan çətinlikləri ölçüb-biçməyə başladı. Çox həyəcanlı idi və fikrini aydın
ifadə edə bilmirdi. Mən ondan dirijorluğu qəbul etməyi üçün lazım olan şərtləri
deməsini xahiş etməli oldum. O, bir qədər düşünüb hansı çubuqla dirijorluq etdi-
yimizi soruşdu. Mən əlimlə işlətdiyimiz adi çubuğun ölçüsünü və möhkəmliyini
göstərdim. Xidmətçi adətən çubuğu ağ kağıza büküb tamaşa başlamazdan əvvəl
dirijora təqdim edir. O, ah çəkdi və yenidən sabaha qədər onun üçün qara ağac-
dan, uclarında fil sümüyündən iri ağ düymələri olan kifayət qədər uzun və qalın
(
ölçüləri öz əlində göstərdi) çubuq tapa bilib-bilməyəcəyimi soruşdu. Mən məşq
üçün buna bənzər bir şey hazırlamağa söz verdim. Lakin onun dediyi materialdan
əsl çubuğu yalnız tamaşa gününə çatdıra bilərdim. Bu onu sakitləşdirdi. O, əlini
alnına apardı, razılığını elan etməyə izn verdi və bir daha dirijor çubuğunu təsvir
etdikdən sonra otelinə qayıtdı.
163
Bu, yuxuya bənzəyirdi və mən baş verənlər və gözlənilənlər barədə xəbəri
lazımi yerlərdə yaymağa tələsdim. Necə deyərlər, bizi qəfil yaxalamışdılar. Şreder-
Devrien günah keçisi rolunu öz üzərinə götürdü, mən isə teatr xarratı ilə çubuq
məsələsini danışmağa getdim. Çubuq uğurlu alınmışdı. O, uzun, qalın, qara idi və
başlarında iki böyük düyməsi var idi.Məşq yetişdi. Görünür, Spontini özünüdirijor