Rixard Vaqner
Mənim həyatım
258
pultu arxasında narahat hiss edirdi və qaboyların onun arxasında yerləşdirilməsini
istədi. Bu cür yerdəyişmə bütün hissələrin yerlərinin dəyişilməsinə və orkestrdə
qaçılmaz çaşqınlığa səbəb olacağı üçün maestronu hər şeyi olduğu kimi saxla-
mağa razı saldım. Söz verdim ki, məşqdən sonra lazım gələrsə, bu dəyişikliklər
barədə bir tədbir görəcəm. O, susdu və çubuğu götürdü. Bir anda onun çubu-
ğun formasına niyə bu qədər əhəmiyyət verdiyini anladım. O, çubuğu bizim kimi
bir ucundan yox, bütün əli ilə ortasından tuturdu və taktın bölünməsi üçün yox,
marşal qılıncı kimi rəhbərlik etmək üçün istifadə edirdi. Artıq ilk səhnə ərzində
qarışıqlıq yarandı. Maestorunun alman dili musiqiçilərə və ifaçılara aydın olma-
dığı üçün bu qarışıqlığı yoluna qoymaq daha da çətin idi. Bir şey bizə tamamilə
aydın oldu: o, bizə hiss etdirməyə çalışırdı ki, hələ heç bir ümumi məşqdən söz
gedə bilməz və operanın öyrənilməsi hələ indi başlayır. Şübhəsiz, bu repertuarda
əsl qarışıqlığa səbəb olacaqdı. Bu isə köhnə dostum, xordirektor və rejissor Fişe-
ri tamamilə məyus etdi. Halbuki o, əvvəlcə Spontininin dəvət olunmasını böyük
həvəslə qarşılamışdı. Nəhayət, o elə qəzəbləndi ki, qeyri-ixtiyari Spontinin hər
hərəkətində yeni kələk görməyə başladı. O, bəstəkara söz deyərkən alman dilində
ən kobud şəkildə söyüşlər işlədirdi. Bir dəfə Spontini məni yanına çağırıb xorun
ifası barədə bu sözləri dedi:
Mais savez-vous, vos choeurs ne chantent pas mal”
Fişer
bu səhnəni şübhə ilə izlədi və hirsli-hirsli məndən soruşdu: “Bu it oğluna daha nə
lazımdır?” Belə tez həvəsdən düşmüş dostumu güclə sakitləşdirdim. Ən çox birin-
ci pərdədə zəfər marşının manevrlərini məşq edərkən ləngidik. Maestro səhnədəki
xalqın rahibələri laqeydliklə qarşılamasına hərarətlə narazılığını bildirirdi. Sadəcə
o gözü zəif gördüyü üçün səhnədə olan artistlərin və statistlərin rejissorun əmri
ilə kahin qadınları görərkən diz çökdüklərini ayırd edə bilməmişdi. Sadəcə, gözlə
qəbul olunan şeylər onun üçün mövcud deyildi. O tələb edirdi ki, Roma ordu-
sunun müqəddəs həyəcanı diz üstə çökmə və nizələrin yerə bərk çırpılması ilə
ifadə olunsun. Bütün bunlar ifrat dərəcədə kəskin şəkildə ifadə olunmalı idi. Bu
manevri dəfələrlə təkrarlamalı olduq. Ya nizələr həddindən artıq tez səslənirdi,
ya gecikirdi. Spontininin özü çubuğunu pulta çırparaq bu manevri bir neçə dəfə
təkrarlasa da, xeyri olmurdu. Səs nahamar çıxırdı və kifayət qədər enerjili alınmır-
dı. Bu vaxt Berlində gördüyüm və mənə güclü təsir göstərən
Ferdinand Kortes”
tamaşalarındakı bu cür manevrlərin heyrətamiz dəqiqliyini və az qala qorxuducu
effektini xatırladım. Başa düşdüm ki, bizim bu cür manevrləri keçirərkən nüma-
yiş etdirdiyimiz yumşaqlıqla ərköyün maestronu razı salmaq üçün çox əziyyət
çəkməli olacağıq. İlk pərdənin sonunda Spontini Drezden teatrlarının çaş-baş akt-
yorlarına nəyə nail olduğunu göstərmək və təkrar-təkrar məşq edərək ona lazım
olan effekti alana qədər operanın səhnələşdirilməsinin təxirə salmağın vacibliyini
bəyan etmək üçün səhnəyə çıxdı. Səhnədəki hər kəs məyus oldu: ifaçılar, rejissor,
hər kəs üstlərinə gələn dalğanın təsiri ilə dörd bir tərəfə dağılışıb yaranmış ağır