259
Rixard Vaqner
Mənim həyatım
vəziyyəti müzakirə etməyə başladılar. Teatr fəhlələri, işıqçılar və xorçular Spon-
tinini əhatəyə alıb gözlərini əsl teatr sənətinin tələbləri barədə qızğın və ehtiraslı
söhbət edən bu qəribə adama dikmişdilər. Mən Spontiniyə yaxınlaşıb nəzakətlə,
pərəstişimi bildirərək bu cəhdlərin lazım olmadığını inandırmağa çalışdım. Söz
verdim ki, hər şey onun istədiyi kimi olacaq, bu səhnəni Berlində görən Eduard
Devrieni dəvət edəcəyik və ona xorla və statistlərlə birlikdə kahin qadınların
təntənəli qarşılama mərasimini öyrənməyi tapşıracağıq. Sonra Spontinini teatrdan
apardım, düşdüyü nalayiq vəziyyətdən çıxardım. Bu, maestronu sakitləşdirdi. Biz
birlikdə onun iradəsinə uyğun olaraq sonrakı məşqlərin planını tərtib etdik. Dü-
zünü desəm, mən heç nəyə baxmayaraq işin bu cür gedişatından razı olan yeganə
adam idim. Spontininin davranışının bütün komik cizgilərinə baxmayaraq mən
başa düşürdüm ki, o teatr sənətində qəribə, hətta bir qədər eybəcər formada olsa
da, dövrümüzdə itirilmiş, ali məqsədlər izləyir və təbliğ edir.
164
Hər şeydən əvvəl, bir royal arxasında məşqlərə başladıq. Maestro ifaçılara
nə istədiyini izah etməyə çalışırdı. Mahiyyətcə ondan yeni heç nə öyrənmədik.
O, ifadakı təfərrüatlardan daha çox, rolun ümumi dərk edilməsinə toxunurdu.
Bu zaman o əvvəlcədən elan etmişdi ki, Şreder-Devrien və Tixaçek kimi məşhur
artistlərdən danışmır. Sonuncuya o yalnız bir şeyi - “Yuliya” sözünü Lisinniusun
tərcüməsindəki kimi “gəlin” sözü ilə əvəz etməyi qadağan etmişdi. “Gəlin” sözü
ona o qədər barbarcasına kobud gəlirdi ki, onun musiqidə necə istifadə edildiyini
anlamırdı. Baş kahin rolunu ifa edən daha az istedadlı və bir qədər kobud artistə
isə rolunun xarakteri barədə geniş mühazirə oxudu. Qaruspekslə reçitativ dialoqu
aydınlaşdırdıqdan sonra o dedi ki, burada hər şey baş kahin tərəfindən şüurlu
yalan üstündə qurulub və kütlənin xürafatından istifadə etməyə hesablanıb. Pon-
tifeks rəqibi Roma ordusunun başında dursa da, ondan qorxmadığını hiss etdirir.
Uzağı başqa çıxış yolu olmasa, o, maşınları işə salıbmöcüzə edəcək və yenidən Ves-
tanın sönmüş alovunu yandıracaq. Yuliya ölümdən qaçsa da, qurban gətirilməsə
də, kahinlərin hakimiyyəti zərər görməyəcək. Bir dəfə Spontini ilə orkestr barədə
söhbət edərkən ondan niyə belə həvəslə və enerji ilə və əlinə hər fürsət düşdükcə
trombonlardan istifadə etsə də, ilk pərdədəki möhtəşəm zəfər marşında onları heç
səsləndirmədiyini izah etməsini istədim. Sualımdan çox təəccüblənmiş maestro
soruşdu:
Elə bilirsiniz məndə trombon yoxdur?“
.
Mən onun öz partiturasına istinad
etdim. O, düzgünlüyümdən əmin olanda bu marşa trombonları daxil etməyimi
xahiş etdi ki, növbəti məşqdə onları dinləmək imkanı olsun. Bundan başqa dedi
ki:
Sizin Riensidə bas-tuba adlandırdığınız bir alətə qulaq asmışam; mən orkesterdəki