Rixard Vaqner
Mənim həyatım
260
bu musiqi alətini çıxarmaq istəmirəm: Vestalın şərfinə mənim üçün bir konsert verin”.
Son dərəcədə ehtiyatla, heç kəsə bildirmədən və böyük sevinclə onun xahişini
yerinə yetirdim. Sonra məşqdə ilk dəfə bu alətlərin effektini sezəndə mənə zərif
minnətdarlıqla dolu baxış atdı. Partituranın zənginləşdirilməsi üçün görülmüş iş
çətin deyildi, amma ona elə güclü təsir göstərmişdi ki, sonralar Parisdən göndərdiyi
məktubda partiturasına daxil olunmuş hissələrin ayrıca siyahısını istəmişdi. Lakin
qüruru məktubda mənim sərbəst şəkildə bəstələdiyim bir şeydən söhbət getdiyini
yazmağa izn verməmişdi. O yazırdı: “Mənim üçün bas-tuba ilə zəfər marşını ifa
etmək üçün trombonlar göndərin, eləsini ki, mənim Drezdendə dirijorluq etdi-
yim orkestrdəkindən olsun“. Mən onun istəyini yerinə yetirir və bunu istəyinə
uyğun, orkestrin bütün hissələrində həvəslə edirdim. Şəxsən onun üçün məsələ
hansısa müəyyən sistemə yox, məlum vərdişə gedib çıxırdı və bu baxımdan
heç nəyi dəyişməməyin nə qədər vacib olduğunu onun dirijorluğunu müşahidə
edərkən anladım. O, orkestri yalnız baxışı ilə - özü belə izah etmişdi – idarə edirdi:
Mənim sol gözüm – birinci skripkalardır, sağ gözüm – ikinci skripkalar”. Baxışla
təsir etmək üçün hətta pis görən dirijor olsan da, eynək taxmaq olmazdı. “Mən
özüm, – o etimadla danışırdı, – burnumun ucunu görmürəm, lakin baxışımla bü-
tün orkestri ardımca aparıram”. Onun müəyyən şəkildə orkestrin hissələrini idarə
etmək vərdişinin ayrı-ayrı detalları çox qeyri-rasional idi. Məsələn, qaboyçuları
özündən arxada yerləşdirmək vərdişi Parisdə formalaşa bilərdi. Belə ki, bəlkə də
qaboyçular orada qeyri-ixtiyarı arxada oturubmuşlar. Qaboyçular öz alətlərinin
dəliyini tamaşaçılardan çevirməli idilər və bizim möhtəşəm qaboyçumuz bundan
elə sıxılmışdı ki, onu zarafatlarla bir təhər razı sala bilmişdim. Lakin etiraf etmək
lazımdır ki, Spontininin vərdişi çox düzgün prinsipə əsaslansa da, təəssüf, bu al-
man orkestrlərinin çoxunda nəzərdən qaçırdı. Həqiqətən, simli alətlərlər kvarteti-
nin bütün orkestr üzrə bərabər şəkildə paylanması vacib idi ki, bir yerə yığılmış
zərb və mis alətlərinin səsi onu boğmasın. Bunun üçün onları bölüb hər iki yanlara
yerləşdirmək lazım idi. Həmçinin, zərif nəfəsli alətlərin kifayət qədər irəli çıxması
və uzun sıra ilə skripkaçıların arasından keçməsi vacib idi. Bizdə hətta indi ən
böyük və məşhur orkestrlərdə bu alətlərin hamısının iki hissəyə bölünməsi qəbul
olunub: simli və nəfəsli. Bu isə bütün ansambla kobudluq gətirir və gözəl bağlı-
lıq, hissələrin qovuşması və orkestr tonunun bərabər bütövlüyü duyğusunun ol-
mamasından xəbər verirdi. Fürsətdən istifadə edib bu yeniliyi Drezdendə tədbiq
etməyimə şad idim. İndi Spontininin nüfuzuna əsaslanaraq yeni quruluşun saxla-
nılması üçün kraldan icazəyə nail olmaq mümkün idi. Yalnız Spontini gedərkən
onun yaratdığı bəzi qəribəlikləri və təsadüfləri dəyişdirib düzəltmək qalırdı. Onda
çox rasional və mükəmməl orkestr quruluşuna nail olacaqdım.