261
Rixard Vaqner
Mənim həyatım
165
Məşqlərdə nümayiş etdirdiyi bütün qəribəliklərə baxmayaraq Spontini
musiqiçilərə və ifaçılara elə təsir göstərirdi ki, onlar işlərinə xüsusi diqqətlə ya-
naşırdılar. Onun müəyyən yerlərdə ritmik aksentin kəskinliyini tələb etdiyi enerji
xarakterik idi. Hələ Berlindəki orkestrlə işləyərkən o, vurğulamaq istədiyi notu
əvvəlcəmənə aydınolmayan
Diese!”
sözünüqışqıraraqmüəyyənləşdirməyi vərdiş
etmişdi. Bu, həqiqətən inanılmaz ritm hissinə malik Tixaçeki heyrətə gətirirdi.
O, özü də ansambla daxil olarkən xorçuları ritmə xüsusilə dəqiq riayət etməyə
həvəsləndirmək üçün tez-tez bu fəndə əl atırdı. O iddia edirdi ki, həmin vaxt ilk
notu irəliyə vermək hər şeydən vacibdir, qalan şeylər öz-özünə düzəlir. Beləlikə
truppada və orkestrdə maestroya layiq möhtəşəm ab-hava formalaşdı. Bircə alt
ifaçıları onun canlarına saldığı qorxudan azad ola bilmirdilər. İkinci pərdənin
sonunda Yuliyanın kədərli kantilenini müşayiət edən altlar öz musiqi ifadələrini
Spontininin nail olmaq istədiyi xüsusi yumşaqlıqdan məhrum ifa etdikləri üçün
bir dəfə maestro qəfil onlara üz tutub vahiməli səslə bağırmışdı: “Bu yerdə altlarda
ölüm var!” İpoxondriyadan əziyyət çəkən, ilk püpitrin yanında oturan və təəssüflə
qeyd etməliyəm ki, artıq pensiya yaşına çatmış iki solğun qoca dəhşətlə gözlərini
Spontiniyə dikmişdilər. Onlar maestronun sözlərində təhdid eşitmişdilər və mən
bir qədər sadə dillə, teatral mübaliğə olmadan bu sözlərin əsl mənasını izah etməli
oldum ki, qocalar birtəhər özlərinə gəlsinlər. Eduard Devrien səhnədə uğurla
işləyərək ansamblın səlisliyinə nail olurdu. Bir dəfə Spontininin tələbi hamımızı
çaş-baş salanda o məsləhəti ilə köməyə gəlmişdi. Məsələ burasındadır ki, alman
səhnələrində opera ixtisarla səhnələşdirilirdi. Onu xorun müşayiətində Litsiusla
ölümdən xilas olmuş Yuliyanın dueti ilə bitirirdilər. Biz də eyni ixtisara əl atmış-
dıq, lakin maestro israr edirdi ki, operanı bütövlüklə səhnələşdirək. Yəni, fransız
Opera seria
larında olduğu kimi xor və baletli məxsusi son səhnəni də əlavə etməli
idik. Möhtəşəm əsərini darıxdırıcı, kədərli qəbirstanlıq səhnəsi ilə bitirmək ona
xoş gəlmirdi. O, dekorasiyanın dəyişməsini tələb edirdi. Səhnə qızılgüllərlə dolu,
işıqlı Venera meşəsini təsvir etməli idi. Başlarında qızılgül çələngi olan kahin qa-
dınlar və kişilər ilahənin məbədinin qarşısında ağır iztirablardan keçən sevgililəri
nişanlamalı idilər. Təəssüf ki, operanın, onun arzuolunan uğurunun xeyrinə olma-
sa da, bunu ona güzəştə getməli olduq.