Rixard Vaqner
Mənim həyatım
262
166
Operanın səhnələşdirilməsi rəvan və canlı gedirdi. Yalnız heç birimi-
zin nəzərə almadığı bir vəziyyət kefimizi pozurdu. Bu narahatlıq əsas mərkəzi
partiyaya aid idi. Bütün rahibələrin ən cavanını oynayan böyük Şreder-Devrien
rolu üçün bir qədər yaşlı idi və onun yetkin qadın görünüşü səmərəli təsir ba-
ğışlamırdı. O, xüsusilə digər rahibə, əsas kahin qızın yanında uduzurdu. Belə
ki, bu aktrisanın qeyri-adi cavanlığını heç nə ilə gizlətmək olmurdu. Bu, mənim
on yeddi yaşlı qardaşım qızı İohanna Vaqner idi. Onun füsunkar səsi və ifadəli
tələffüzü var idi. O, qeyri-ixtiyari hər bir tamaşaçıda belə bir fikir oyadırdı: yaxşı
olardı ki, o, böyük aktrisa ilə rollarını dəyişərdi. Uzaqgörən Devrien bu təəssüratı
sezib çətin vəziyyətdən qalib çıxmaq üçün xüsusi süni effektlərə əl atmalı oldu.
Bəzən bu bir qədər mübaliğəyə gətirib çıxarırdı. Əsas anların birində isə o, heç
xoşa gəlməyən bir fənd işlətmişdi. İkinci pərdədə böyük tersetdən sonra onun
həbsdən qaçan sevgilisi qəfil peyda olanda, Devrien ön səhnəyə çəkilir və onun
sıxılmış sinəsindən bu nida ucalır: “O, azaddır!” Opera tamaşası zamanı o, bu
səhnəni ifa edərkən həmin sözləri oxumaq əvəzinə deməyə qərar vermişdi. Devri-
en yüksək affekt halında əsas sözün artistin dodaqlarından danışığa yaxın vurğu
ilə çıxmasının necə təsir göstərə biləcəyini əvvəlcədən tədqiq etmiş və bir neçə
dəfə “Fidelio”da böyük uğurla istifadə etmişdi. “Bir addım da atsan, özünü ölmüş
bil!” ifadəsində o, “ölmüş” sözünü demək olar ki, oxumurdu. Bu fəndin sarsıdıcı
təsirini öz üzərimdə hiss etmişdim və belə hesab edirəm ki, bunun sirri artistin
bircə sözlə tamaşaçıını ideal dünyadan, musiqinin ən dəhşətli hadisələrə belə ülvi
xarakter verdiyi mühitdən ayıranda və cəllad kimi onu qəddar gerçəkliyə məruz
qoyanda, tamaşaçını bürüyən dəhşət hissi ilə bağlı idi. Bu zaman biz ülvi bir şe-
yin əsl mahiyyətinə varırıq. Şəxsi təəssüratlarımı xatırlayaraq bunu qavrayışın il-
dırım sürətli anı adlandıra bilərəm. Qarşımızda həm bir-birinə toxunan, həm də
müxtəlif istiqamətlərə ayrılan iki dünya işıqlanır. Özü də elə işıqlanır ki, bir anda
nəzərimizlə tam zidd hissələri görə bilirik. Lakin bu fəndi ehtiyatla işlətmək və
onu heç bir eqoist məqsədlərdə istifadə etməmək lazım idi. Buna böyük aktirası-
nın düçar olduğu uğursuzluğa şahid olanda daha yaxşı anladım. Səssiz və xırıltılı
səslənən söz elə bil mənim və bütün tamaşaçıların başından aşağı tökülən soyuq
su təsiri bağışladı. Heç kəs bunda uğursuz teatral effektdən başqa bir şey görmədi.
Ya Spontininin özünün dirijorluq etdiyini görmək zövqünü yaşamaq üçün ikiqat
məbləğ ödəyən tamaşaçıların ümdilərinin xüsusilə böyük olmasına görə, ya musi-
qinin dəbdəbəsinə və gözəlliyinə baxmayaraq operanın fransızsayağı antik süjetlə
hazırlanan üslubu bir qədər köhnəlmiş gəldiyinə görə, ya da Devrienin uğursuz
effekti kimi solğun final tamaşaçıları həvəsdən saldığına görə opera marağa səbəb