263
Rixard Vaqner
Mənim həyatım
olmadı. Tamaşa bitərkən maestro seyrək çağırışlara cavab olaraq səhnəyə çıxdı.
Sinəsi ordenlərlə dolu sənətkara yazığım gəldi. Ümumilikdə, axşam dünya uldu-
zunun solğun şərəfinə təşkil edilmiş təntənəli tədbir təsiri bağışladı.
Spontininin özü bunu hamıdan yaxşı başa düşürdü. O, heç nəyə baxma-
yaraq ümumi əhval-ruhiyyəni yüksəltmək istəyirdi və bunun üçün effektivliyini
Berlində sınadığı bir vasitəyə əl atdı. O, hər dəfə Berlində operasını mütləq böyük
və canlı tamaşaçı yığını qarşısında keçirmək istəyəndə tamaşanı bazar gününə
təyin edirdi. Təcrübə göstərirdi ki, bazar günləri teatr dolu, auditoriya isə canlı
olurdu. Lakin növbəti bazar gününə hələ çox var idi və beləliklə, onun səfərinin
uzanması bizə bu heyrətamiz adamla ünsiyyətdən bir neçə dəfə də zövq almaq
imkanı verdi. Mənim və xanım Devrienin evində Spontini ilə keçirdiyimiz saatlar
xatirəmdə elə həkk olunub ki, həvəslə onlar barədə danışa bilərəm.
167
Şreder-Devrieninevindəki naharımızı lapyaxşı xatırlayıram. BuzamanSpon-
tini və onunhəyat yoldaşı,məşhur fortepiano fabrikantı Erarınbacısı ilə uzun-uzadı
və canlı söhbət etmişdi. Adətən o, ümumi söhbətə qoşulmur, nəcib sakitliklə qulaq
asır və bununla bildirirdi ki, onun fikrinin soruşulacağı anı gözləyir. Danışanda isə
ritorik təntənəli, səlis kəskin ifadələrdən istifadə edirdi. Onun mühakimələri qəti
xarakter daşıyır və heç bir imtinaya yol verməyən tonla deyilirdi. Qonaqlar ara-
sında Ferdinand Giller də var idi. O, List barədə danışdı və süfrə arxasında olanlar
fikir bildirdilər. Spontini də öyrədici tonla öz hökmünü səsləndirdi. Aydın oldu ki,
o, Berlin taxtının yüksəkliyindən dünyadakı bütün hadisələrə məxsusi sadəlik və
yumşaqlıq nümayiş etdirmədən münasibət bildirirdi. O, orakul kimi fikir bəyan
edəndə tam sakitlik çökməli idi. Bir dəfə desert süfrəsində ümumi söhbətin tonu
bir qədər canlananda onun kifayət qədər uzunmüddətli nitqi zamanı xanım Dev-
rien nəyə isə güldü. Spontini arvadına qəzəblə baxdı . Xanım Devrien dərhal onun
əvəzinə üzr istədi, bütün günahı boynuna aldı və izah etdi ki, konfet kağızının
üzərində yazılmış qeyri-adi dərəcədə məzəli devizə güldü. Spontini belə cavab
verdi:
Ancaq əminəm ki, bu səslə gülən mənim xanımımdır. Qarşımda kiminsə gülməyini
xoşlamıram, özüm də heç zaman gülmürən, mən çox ciddiyəm“.
Nəhayət, onun əhvalı
bir qədər yaxşılaşdı. Spontini möhtəşəm dişləri ilə lovğalanırdı. Onun xırçıltı ilə
böyük qənd parçalarını dişləməsi bizi lap heyrətə salmışdı. Nahardan sonra sıx
dairədə yığışanda o, daha da canlandı. Görünür, o mənə xüsusi, ondan gözlənilən
ən yüksək dərəcədə təvəccöh göstərirdi. O, açıq-aydın elan etdi ki, məni sevir və
bunu məni dramatik əsərlərlə məşğul olmaq kimi bədbəxt ideyadan çəkindirərək
sübut edir. Deyirdi ki, məni bu dost məsləhətinin nə qədər dəyərli olduğuna inan-