Rixard Vaqner
Mənim həyatım
264
dırmaq çətindir, lakin xoşbəxtliyim onu narahat etdiyi üçün bu məqsədə yarım il
sərf edər və Drezdendə qalardı. Yeri gəlmişkən, biz fürsətdən istifadə edib onun
rəhbərliyi altında digər operalarını, xüsusilə,
Aqnessa fon Qoqenştaufen”
i tamaşaya
qoya bilərdik.
Spontini ondan sonra dramatik bəstəkarlıq karyerasının ümidsizliyini sübut
etmək üçün belə bir tərif dedi: ”Sizin Riensinizi dinləyəndə öz-özümə dedim: bu
dahidir; ancaq indi o, təsəvvürə sığmayan çox şeylər edib“. Bu paradoks altında nə
anladığını izah etmək üçün isə belə dedi: “Qlükdan sonra “Vestal”da böyük inqi-
labı mən etmişəm, mən “Vorhalt de la sexte”ni harmoniyaya daxil etmiş və onun
orkestrdə yerini müəyyənləşdirmişəm; “Kortes” ilə mən bir addım irəli getdim;
sonra “Olimpiya”da daha üç addım irəli getdim. Nurmahal, Alsidor və Berlində
olduğum ilk çağlarda elədiyim hər bir şey hardasa təsadüfi şeylər idi; ancaq son-
ralar “Agnessa fon Qoqenştaufen”də yüz addım irəlilədim”. Həmin vaxtdan o bir
neçə dəfə
Les Atheniennes”
in süjeti üzərində işləməyə çalışmışdı. Hətta kronprins
(
indiki Prussiya kralı) də israrla onu bu işi tamamlamağa dəvət etmişdi və Sponti-
ni sübut kimi dərhal monarxın bir neçə məktubunu portfelindən çıxardıb oxumaq
üçün bizə təqdim etmişdi. Yalnız bütün iştirakçılar bunu etdikdən sonra o nitqinə
davam etdi. O bildirdi ki, bütün dəvətlərə baxmayaraq hər baxımdan gözəl süjetin
işlənməsindən imtina etdi. Belə ki, hətta özünün də
Aqnessa fon Qoqenştaufen”
i
üstələyə bilməyəcəyini və bu sahədə hansısa yenilik axtarmağın mənasız olduğu-
nu dərk etmişdi. Nəticə belə idi:
Nədir, siz hər hansı şəxsin yepyeni bir şey icad
etməsinimi istəyirsiniz? Mənə gəldikdə, mən – Spontini, əvvəlki əsərlərimdən irəli
gedə bilməyəcəyimi bəyan edərək digər tərəfdən düşünürəm ki, “Vestal”dan son-
ra mənim partituramdan oğurluq olmayan bircə not da yoxdur“
.
O, bildirdi ki, bu
adi söz deyil və onun mühakimələri elmi araşdırmalara əsaslanır. Bu zaman həyat
yoldaşını şahid göstərərək onun Fransa akademiyasının məşhur üzvlərindən
biriylə birlikdə müəyyən səbəblərdən hələ də çap olunmamış irihəcmli araşdırma-
sının əlyazmasını oxuduğunu dedi. Bu böyük elmi dəyərə malik təfərrüatlı araş-
dırmada sübut olunurdu ki, onun kəşf etdiyi “sekstada ləngimə” olmadan müasir
melodiya da mövcud olmazdı. O vaxtdan bəstəkarların istifadə etdiyi bütün me-
lodik formalar yalnız ondan götürülüb. Mənim nitqim tutulmuşdu, lakin özünün
qeyd etdiyi imkanlar xatirinə dönməz maestronu bir qədər yumşaltmağa çalış-
dım. Mən hər şeyin məhz akademikin yazdığı kimi olduğunu ehtimal edirdim.
Ancaq belə bir sual verdim: ola bilərmi ki, onun əlinə tamamilə yeni naməlum
poetik tendensiyalı dramatik əsər düşəndə, bu, gözlənilməz musiqi kombinasi-
yalarının kəşfinə təkan versin? O, mərhəmətli istehza ilə cavab verdi ki, sualımın
özündə yalnışlığa yol vermişəm. Bu yeni nədən ibarət ola bilər? ”Vestal”da Roma
mövzusunu, “Fernan Kortes”də ispan-meksika mövzusunu, Olimpiyada yunan-
makedoniya mövzusunu, nəhayət “Aqnes”də alman mövzusunu bəstələdim: