265
Rixard Vaqner
Mənim həyatım
yerdə qalan bir qara qəpiyə dəyməz”
.
Yəqin onu “Freyşüts” ruhunda yeni roman-
tik janrın sarsıdacağını və maraqlandıracağını düşünmürəm? Heç bir ciddi adam
belə boş işlərə baş qoşmaz. Çünki sənət ciddi işdir. Ondakı bütün ciddiyyəti isə
Spontini tükədib. Üstəlik, onu geridə qoya biləcək bəstəkar yetişdirən millət hara-
dadır? Yəqin bu adam onun
cochons
kimi lağa qoyduğu italyanlardan, italyanları
təqlid edən fransızlardan, heç vaxt bələkdən çıxmağı bacarmayan, olan-qalan bü-
tün irsləri yəhudilər tərəfindən təhrif olunmuş almanlardan olmayacaq. ”İnanın
ki, Berlində musiqi kralı olduğum zaman Almaniyaya ümidim çox idi, ancaq iki
yəhudinin dəstavuzu ilə Prussiya kralının musiqini qatmaqarışıqlığın içinə göm-
düyü zamandan bütün ümidlərimi itirdim“.
168
Nəzakətli ev sahibəsi belə hesab edirdi ki, həyəcanlanmışmaestronubir qədər
əyləndirmək lazımdır. Teatr onun mənzilinin bir neçə addımlığında idi və o, təklif
etdi ki, qonaqlar arasında olan bizim Haynenin müşayiəti ilə ora gedək. Həmin
gün Polaqayın “Antiqona”sı gedirdi. Maestro səhnənin Semperin gözəl planlarına
əsasən tərtib olunmuş antik quruluşu ilə maraqlana bilərdi. Buna görə Spontiniyə
bu mənzərəyə tamaşa etmək təklif olundu. O, bu şeylərə “Olimpiya”sından bələd
olduğuna istinad edərək təklifi rədd etmək istəyirdi. Onu razı sala bilsək də, tezcə
geri qayıtdı və təhqiramiz istehza ilə bildirdi ki, kifayət qədər gördü və dinlədi,
bundan sonra fikri daha da möhkəmləndi. Hayne danışdı ki, demək olar, boş amfi-
teatrın tribunasında təzəcə yerlərini tutmuşdular ki, Vakxın xoru başladı və Spon-
tini üzünü ona tutub dedi: ”Bu Berlin musiqi akademiyasıdır, bu ordan gəlir”.
Açıq qapının aralığından günəş işığı düşdü və sütunlardan birinin arxasındakı
tənha fiquru işıqlandırdı. Hayne Mendelsonu tanıdı və dərhal başa düşdü ki, çox
yəqin o, Spontininin sözlərini eşidib.
Spontininin sonrakı həyəcanlı vəziyyəti aydın göstərdi ki, onun hesabla-
malarına görə biz onu Drezdendə daha çox qalmaq və bütün operalarını burada
səhnələşdirmək üçün razı salmalı idik. Lakin Şreder-Devrien belə hesab edirdi ki,
əksinə, bu niyyətdən vaz keçmək Spontinin özünə daha xeyirli olacaq. Bəstəkarı
Kahin qız”ın ikinci tamaşasından yaranacaq acı məyusluqdan xilas etmək üçün
Devrien o buradaykən buna mane oldu. Devrien yenə xəstə olduğunu dedi və
Spontiniyə operasının ikinci tamaşasından uzun müddətə vaz keçdiyimizi demək
mənə tapşırıldı. Bununla bağlı ziyarət o qədər ağır idi ki, Spontininin yaxşı
münasibət bəslədiyi və fransız dilini məndən yaxşı bilən Rekeli də özümlə götür-
düm. Utanıb-sıxılaraq onun yanına gəldik. Bizi xoşagəlməz izahatlar gözləyirdi.
Xanım Devrienin dostyana məktubu ilə əvvəlcədən xəbərdar edilmiş maestro bizi