Rixard Vaqner
Mənim həyatım
266
şən və yüksək əhvalla qarşılayanda heyrətlənmişdik! O bildirdi ki, dərhal Parisə
və oradan da Romaya getməlidir. Onu təzəlikcə “San Andrea” titulu ilə qraf elan
edən müqəddəs ata çağırırdı. Dərhal bizə digər sənədini də göstərdi. Burada isə
Danimarka kralı onu Danimarka zadəganları sırasına daxil etmişdi. Bu zadəganlıq
rütbəsi verən Fil ordeni cəngavəri adına patent idi. Lakin o orden barədə heç nə de-
mir, yalnız cəngavərlik məsələsini vurğulayırdı. Çünki onun üçün ordenlər adi bir
şey idi. O, bununla fəxr edir və uşaq kimi sevinirdi. Elə bil, operasının Drezdendə
səhnələşdirilməsi kimi dar maraq dairəsindən möcüzəli şəkildə bütün dünyanın
opera müsibətlərinə mələk qayğısızlığı ilə baxa biləcəyi şöhrət səltənətinə keçmiş-
di. Rekellə mən papaya və Danimarka kralına səmimi qəlbdən minnətdar idik və
bu qeyri-adi adamla sağollaşdıq. Onu tam xoşbəxt etmək üçün dramatik bəstəkar
karyerası barədə dost məsləhətini ətraflı götür-qoy edəcəyimə söz verdim.
Sonralar Drezdendən İsveçrəyə qaçdığımı eşidəndə Spontininin mənə necə
yanaşdığını öyrəndim. O ehtimal edirdi ki, mən Saksoniya kralına satqın sui-
qəsddə iştirak etmişəm və Saksoniya kralının kral kapelmeysteri vəzifəsini verdi-
yi üçün mənə hamilık etdiyini düşünüb belə demişdi: “Naşükürlükdür!“
.
Spon-
tininin son dəqiqələrindən isə mənə bəstəkarın ölüm döşəyindən aralanmayan
Berlioz danışdı. Qoca maestro heç ölmək istəmir və elə hey təkrarlayırdı:
Ölmək
istəmirəm, istəmirəm ölmək!
“.
Berlioz ona təsəlli verərək belə demiyibmiş: “Siz
ölümhaqda necə düşünə bilərsiniz, müəllim, siz ki, ölməzsiniz!“. Spontini təəssüflə
cavab vermişdi: “Zarafat edirsiniz?”
.
Onun ölümü barədə Sürixdə olarkən eşit-
dim və bu xəbər qəribə şəxsi təəssüratlardan və xatirələrdən asılı olmayaraq məni
həyəcanlandırdı. Onun barədə fikirlərimi
Eidgenossiche Zaytung”
da çap olunmuş
kiçik məqaləmdə qeyd etmişdim. Yazımda onun Meyerberlə və hətta hələ də ya-
şayan qoca Rossini ilə müqayisədə özünə və sənətinə dərin inamını xüsusi vurğu-
lamışdım. Bu inamın necə təhrif olunduğu, dəhşətli mövhumata çevrildiyi barədə
isə bir söz yazmamışdım.
Hələ də anlamıram ki, Spontiniyə böyük sənətkar kimi dərin hörmətlə
yanaşı, qəlbimdə qəribə və məzəli təəssüratlar necə yaranmışdı. Görünür, mən
onun karikaturası ilə tanış olmuşdum. Əlbəttə ki, xəstəlik dərəcəsində şişirdilmiş
təkəbbürün məlum əlamətləri onun xasiyyətində hələ cavan yaşlarından var idi.
Lakin bu cizgilərin inkişafına Berlində gördüyü musiqili-dramatik tənəzzül dövrü
də təsir göstərməyə bilməzdi. O, hamının heyrətinə səbəb olaraq öz xidmətlərini
ikinci dərəcəli şeylərdə görməyə başlamışdı. Bu isə bəstəkarın mühakimə gücü-
nün necə zəiflədiyinə, uşaqlaşmasına bir sübut idi. Bəstəkar özü bunu dəhşətli
dərəcədə şişirtsə də, mənimgözlərimdə onun əsərlərinin əsl dəyərini azalda bilmir-
di. Mənim nöqteyi-nəzərimcə, Spontininin özünəvurğunluğuna, onu Berlindən sı-
xışdıran “böyüklərlə” müqayisədə əhəmiyyətli dərəcədə haqq qazandırmaq olar-
dı. Berlin korifeylərinə nifrətdə özümün ona yaxınlığımı hiss edir, lakin bunu hələ