267
Rixard Vaqner
Mənim həyatım
o vaxt açıq biruzə verə bilmir, qəlbimin dərinliklərində gizli saxlayırdım. Elə oldu
ki, Spontini ilə Drezdendə görüş onun gülməli hoqqalarına baxmayaraq məndə
ona elə qəribə simpatiya hissi yaratdı ki, bir də heç kimə qarşı belə bir münasibət
bəsləmədim.
Yaxın dövrdə digər nəhənglərlə də tanış oldum. Bu insanlar özlərini tamam
başqa cür aparırdılar və indi mən onların biri – Haynrix Marşner barədə danışacam.
169
Veber, Marşneri hələ gənc yaşlarında Drezden kapellasının muzik direktoru
vəzifəsinə dəvət etmişdi. Marşner Veberin ölümündən sonra onun yerini tutma-
ğı arzulayırdı. Lakin onun ümidləri doğrulmadı. Bunun səbəbi xidmətlərinin az
olmasından daha çox, insanları özündən uzaqlaşdıran rəftarı idi. Gözlənilmədən
onun həyat yoldaşına miras qaldı və bu ona heç bir vəzifə axtarmadan böyük
enerji ilə bəstəkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verdi. Musiqinin ruhu-
ma hakim olduğu çılğın gənclik dövrümdə Marşner Leypsiqdə yaşayırdı və orada
onun
Vampir”
və “
Templer und Judin”
operaları ilk dəfə səhnələşdirilmişdi. Bacım
Rozaliya bir dəfə qabiliyyətim barədə fikirlərini öyrənmək üçün məni bəstəkarın
yanına apardı. O, mənə xeyirxah münasibət bəsləsə də, bu ziyarət mənə heç bir
təsir göstərmədi. Bundan başqa, mən onun uğur qazanmayan
Des Falkners Braut”
operasının ilk tamaşasında iştirak etmişdim. Sonra o, Hannoverə köçdü. İlk dəfə
Berlində səhnələşdirilən
Hans Heiling”
operası ilə bir vaxtlar Vürsburqda tanış
oldum. Bu əsərdə artıq tərəddüd hiss olunur və yaradıcı qüvvəsinin tənəzzülü
özünü göstərirdi. Həmin vaxt o, “Etna yaxınlığındakı qəsr”, “Babu” kimi çox geniş
yayılmayan operaları yazmışdı. Drezden rəhbərliyi ona köhnə narazılıqlarına görə
etinasız yanaşırdı və yalnız
Templer”
əsəri bir neçə mövsüm səhnələşdirilmişdi.
Adətən bu operaya kolleqamReysiger dirijorluq edirdi. Lakin bir dəfə o olmayanda
bu iş mənim öhdəmə düşdü. Bu, “Tanhauzer” üzərində işlədiyim vaxt idi. Yadım-
dadır ki, Maqdeburqda bu operaya tez-tez dirijorluq etsəmdə, budəfəki boş, miskin
ifa mənə həqiqətən pis təsir göstərdi. Reysiger qayıdanda israrla ondan bu operanı
həmişəlik özündə saxlamasını xahiş etdim. Əksinə, kapelmeyster vəzifəsinə keçən
kimi sırf incimiş qüruruma görə
Hans Heiling”
in səhnələşdirilməsinə rəhbərliyi öz
üzərimə götürdüm. İfaçıların partiyaları zəif təqdim olunmuşdu və həyəcanverici
uğura ümid etmək olmazdı. Ümumiyyətlə, istənilən şərtlərdə operanın tendensi-
yası bir qədər köhnəlmişdi. Bu vaxt öyrəndim ki, Marşner
Nassaulu Adolf”
əsərini
tamamlayıb. Əlimə keçən, gerçəkliyinə inana bilmədiyim bir reklamda Marş-
nerin yeni əsərinin “patriotik, nəcib alman tendensiyası” xüsusilə vurğulanırdı.
Mən Drezden teatrını təşəbbüsə alışdırmaq istəyirdim və cənab fon Lütihaunu