Rixard Vaqner
Mənim həyatım
268
operanı digər teatrlardan əvvəl Drezden teatrının repertuarı üçün yazmağa razı
saldım. Hannover teatr rəhbərliyinin elə də mehribanlıqla yanaşmadığı Marşner
təklifimizə yaxşı münasibət göstərdi və partiturasını göndərib bildirdi ki, operaya
şəxsən dirijorluq etmək üçün Drezdenə gəlməyə hazırdır. Fon Lütihau onu ka-
pellanın başında görmək istəmirdi. Mən də belə hesab edirdim ki, öz əsərlərinə
rəhbərlik etmək üçün tez-tez kənar dirijorların dəvət olunması çətinliklərə səbəb
ola bilər. Üstəlik, bu çətinliklər Spontinidə olduğu kimi maraqlı və öyrədici olma-
ya bilər. Operaya mənim dirijorluq edəcəyimə qərar verilmişdi. Və mən bundan
elə peşman oldum ki! Partitura əlimizə çatdı. Karl Qolmikin zavallı kitabı baya-
ğı musiqili tərtibata məruz qalmışdı. Bütün operanın əsas effekti süfrə arxasında
oxunan dördsəsli mahnıya gəlib çıxırdı. Bu mahnıda “
der deutsche Rhein və deutsche
Wein”
kişi səsləri üçün adi kvartet formasında oxunurdu. Mən tamam həvəsdən
düşmüşdüm. Lakin iş işdən keçmişdi və ifaçılarda enerjini dəstəkləmək üçün özü-
mü ciddi göstərməyə çalışsam da, bu çox çətin alınırdı. Əsas kişi rolları Tixaçekə
və Mittervürserə verilmişdi. Qeyri-adi dərəcədə musiqili insanlar nömrəbənömrə
vərəqdən oxuyur və hər dəfə sual dolu nəzərlərlə mənə baxıb bu barədə nə dü-
şündüyümü öyrənməyə çalışırdılar. Mən bildirdim ki, bu yaxşı alman musiqisidir
və onlar bunu qəbul eləsələr, hər şey müvəffəqiyyətlə keçəcək. Onlar sözlərimə
necə münasibət bəsləyəcəklərini bilməyib bir-birlərinə baxdılar. Nəhayət, özləri
ilə bacarmayıb mənim gərgin və ciddi sifətimə baxaraq qəhqəhə çəkməyə başla-
dılar. Mən də qeyri-ixtiyari onlara qoşuldum. Onları baş verənlərdən agah etməli
oldum. Başa saldım ki, daha heç bir şey eləmək mümkün deyil və yalvardım
ki, onlar da mənim kimi ciddi görkəm alsınlar. Hannoverdən gəlmiş yeni üslu-
bun nümayəndəsi olan vyanalı koloratur ifaçı, xanım Şpatser-Centilyuomo öz
hissəsindən razı olduğunu və müəllifin ona lazımlı “parıltı”nı vermək üçün çox iş
gördüyünü bildirmişdi. Marşner də onun tamaşada iştirakına böyük önəm verir-
di. Həqiqətən, burada “alman bəstəkarı”nın Donisettini keçməyə çalışdığı bir final
var idi. Qəddar Mayn yepiskopunun hədiyyəsi olan qızılı qızılgüllə zəhərlənən
şahzadə sayıqlama vəziyyətinə düşür. Nassaulu Adolf Almaniya cəngavərləri ilə
birlikdə intiqam almağa and içir və xorun müşayiəti ilə elə bayağı və aciz stretta
ifa edir ki, yəqin Donisetti bu musiqini ən bacarıqsız şagirdlərinin üzünə çırpar-
dı. Marşner də özünü son məşqlərə yetirdi və çox razı qaldı. Mən isə yalana əl
atmadan öz fikrimdə qalaraq nəzakətli və xoşrəftar olmağı məşq etdim. Tamaşa-
çılar qarşısında məşqlərdə ifaçılarımla baş verənlər təkrarlandı. Biz dünyaya ölü
doğulmuş uşaq gətirdik. Lakin Marşner, Bekerin
Sie sollen ihn nicht haben, den
freien deutschen Rhein”
mahnısını xatırladan süfrəətrafı kvartetinin tamaşaçıların
xahişi ilə təkrar olunmasında təsəlli tapmışdı. Tamaşa bitdikdən sonra bəstəkarı
və bir neçə dostumu öz evimdə şam yeməyinə qonaq etdim. Təəssüf ki, ifaçılarım
bu ziyafətdə iştirakdan imtina etdilər. Onlar tox idilər. Şam süfrəsində Ferdinand