269
Rixard Vaqner
Mənim həyatım
Gillerin Marşnerin sağlığına cavab verməyə gücü çatdı. O dedi: “Qoy, nə istəyirlər
desinlər, yeni əsərin əsas dəyəri müəllifinin alman olması, operanın alman opera-
sı olmasındadır...”. Ən gülməlisi bu oldu ki, Marşner onunla razılaşmadı və bizi
öyrətməyə başladı: alman bəstəkarlığının vəziyyəti yaxşı deyilmiş, müğənnilərin
tələblərinə daha çox diqqət ayırmaq və onlara effektiv, parlaq nömrələr vermək
lazım imiş. Təəssüf ki, o özü də indiyə qədər buna məhəl qoymayıbmış.
170
Beləliklə, alman musiqiçisinin yüksək istedadının dərin tənəzzülü yeni
mənimsədiyi, çox vacib və məhsuldar hesab etdiyi tendensiyadan əhəmiyyətli
dərəcədə asılı idi. Sonra onunla Parisdə “Tanhauzer”in səhnələşdirilməsi ilə bağlı
macəralar baş verəndə görüşdüm. Bu dəfə ona birbaşa yaxınlaşmaq istəmirdim.
Çünki onun Drezdendə qəbul etdiyi istiqamətin nəticələrinə şahid olmaq
istəmirdim. Mənə deyirdilər ki, o, demək olar, uşaqlıq edir, gənc, şöhrətpərəst
arvadı onun ətrafında vurnuxur və bəstəkarı son Paris triumfu ilə təmin etməyə
ümid bəsləyir. Həqiqətən o vaxt Marşneri reklam edən tərifnamə məqalələrində
Paris auditoriyasını musiqidə məni səhvən müasir alman ruhunun təmsilçisi he-
sab etməkdən çəkindirən fikirlər oxuyurdum. Bu ruh qıvraq və aydındır. Fran-
sızlar Marşnerə özünü göstərmək üçün şans versələr, özləri buna əmin olacaqlar.
Marşner , arvadı bunu parislilərə sübut edə bilməmiş vəfat etdi.
Əksinə, Ferdinand Giller isə Drezdendə özünü sadəlövh və yumşaq aparırdı.
Meyerber də nadir hallarda bura gəlsə də, heç kim bu ziyarətlərin səbəbini bilmirdi.
Bir dəfə o,
Pirnaischer Schlag”
adlanan yerdə kiçik bağ evi tutub bağdakı böyük ağa-
cın altında fortepiano qoymağı tapşırdı. O, dinc tənhalıqda
Feldlager in Schlesien”
əsəri üzərində işləməyə başladı. Lakin bu dövrə aid onun barəsində heç bir xatirəm
qalmayıb.
Ferdinand Giller Drezdenin musiqi həyatına daha sıx və dərindən nüfuz
etdi. Bir neçə il burada kral kapellasına və onun rəhbərlərinə aidiyyatı olmadan
fəaliyyət göstərdi. Onun müəyyən qədər var-dövləti olduğu üçün Drezdendə
özünə rahat yaşayış qurmuşdu. Bu, çoxsaylı Polşa-Drezden koloniyasının
nümayəndələrinin həvəslə toplandığı “xoş ev” idi ki, bu da əri ilə birlikdə hələ
İtaliyada olarkən protestantlığı qəbul edən xanım Gillerin görkəmli Polşa yəhudisi
olması ilə izah olunurdu. Gillerin Drezdendə fəaliyyəti bizdə “Yeni il gecəsi yuxu”
operasının səhnələşdirilməsi ilə başladı. Drezden tamaşaçıları mənim “Riensi”
min uğurunu yaradıb təmin edəndən bəri bir çox bəstəkarların nəzəri “Elbanın
Florensiyası”na yönəldi. Laube şəhərimiz haqqında demişdi ki, bura hər ayaq
basan elə bil drezdenlilərdən üzr istəməyə hazırlaşır. Ziyarətçilər orada tapdıq-