Rixard Vaqner
Mənim həyatım
270
ları yaxşı şeyləri şəhəri tərk edən kimi elə tez unudurlar ki. Ferdinand Giller öz
Yuxu”sunu “əsl alman” əsəri hesab edirdi. Onun fikrincə, Raupaxın qısa vaxt
ərzində ata ilə qızın vərəmdən öldüyünü təsvir edən “
Der Muller und sein Kind
adlı dəhşətli dramı dialoqlu və musiqili populyar opera üçün əla süjet idi. Gillerin
bu əsəri də bir dəfə Listin dediyi kimi, digər əsərlərinin taleyini yaşadı. Rossininin
də qiymətləndirdiyi görkəmli musiqi xidmətlərinə baxmayaraq hər yeni operası
harada səhnələşdirildiyindən asılı olmayaraq – Fransada fransız dilində, İtaliyada
italyan dilində - müvəffəqiyyətsizliklə üzləşirdi. O, Almaniyada “mendelsonsa-
yağı” çıxış etməyə çalışdı və “Qüdsün dağılması” oratoriyasını yazdı. Bu kom-
pozisiyanın əsas üstünlüyü teatr tamaşaçılarının ərköyün mühakiməsindən kənar
düşərək bəstəkarına görkəmli alman musiqiçisi mövqeyini qazandırması idi. Men-
delsonu Berlində baş direktor vəzifəsinə dəvət edəndə Giller onu Leypsiqdəki Ge-
wandthaus konsertlərin rəhbəri kimi əvəz etdi. Ancaq orada əvvəlki bədbəxtliyi
ilə qarşılaşdı. Deyilənə görə, o, konsert primadonnası kimi uğur əldə etməyən
həyat yoldaşına görə vəzifəsində qala bilmədi. Mendelson geri qayıtdı və Giller
getməli oldu. O, vəzifəsini tərk edərkən hamını inandırmağa çalışırdı ki, Mendel-
sonla mübahisə edib. Drezden yaxınlıqda idi, mənim “Riensi” min uğuru cəlbedici
idi və onda istər-istəməz yenidən bəxtini opera bəstəkarı kimi sınamaq fikri yaran-
mışdı. O, məhz təsirli işgüzarlığı və zəngin bankirin oğlu kimi saray teatrının in-
tendantının gözlərində onu fərqləndirən xüsusi cəlbediciliyi sayəsində istədiyinə
nail oldu.
Farinelli”
sini səhnələşdirmək üçün vəd alan yazıq dostum Rekel isə
Gillerin “Yeni il gecəsində yuxu”sunun xeyrinə geri çəkilməli oldu. Ümumiyyətlə,
Giller belə hesab edirdi ki, Reysigerlə mənim yanımda Rekeldən daha böyük mu-
siqi bacarığına malik adam dayanmalıdır. Lakin fon Lütihau belə hesab edirdi ki,
əgər biz aramızda yola gediriksə, ona iki məşhur bəs edir və Gillerin eyhamlarını
eşitməzlikdən gəlirdi. Şəxsən mənə “Yeni il gecəsində yuxu” bəzi çətinliklər yarat-
dı. Bu operanın boş zal qarşısında təkrar ifasına dirijorluq etmək mənim payıma
düşmüşdü. Giller onda mənə qulaq asmayıb operanı bir pərdə qısaltmadığı və
sonluğu dəyişdirmədiyi üçün peşman idi. O, üçüncü tamaşaya imkan verilərsə,
bütün arzularımı yerinə yetirməyə razı olduğunu bildirirdi. Mən buna nail ol-
dum. Lakin artıq uğur qazanmaq qeyri-mümkün idi. “Tanhauzer”in librettosu
ilə tanış olan Giller belə düşünürdü ki, əgər özüm üçün mətn cızma-qaralayır,
üstəlik, bunu yaxşı yerinə yetirirəmsə, şübhəsiz ki, bu mənim üstünlüyüm idi.
Ona yeni operasını yazarkən süjetin seçilməsi və işlənməsində kömək edəcəyimə
söz verməli oldum. Bundan bir qədər sonra Giller “Riensi”nin canlı tamaşaçı au-
ditoriyası qarşısında keçən uğurlu tamaşasında iştirak etdi. İkinci pərdədən sonra
həyəcanla orkestrdən səhnəyə, tamaşaçıların çağırışlarına çıxmağa tələsəndə Gil-
ler məni dəhlizdə görüb müvəffəqiyyət münasibətilə təbrik etdi və xahişini israrla
təkrarladı: “Xahiş edirəm, mənim “Yuxu”mu bir daha səhnələşdirin”. Gülərək,