271
Rixard Vaqner
Mənim həyatım
əlimdən gələni etməyə söz verdim. Bu tamaşanın baş tutub-tutmadığını yadıma
sala bilmirəm. Giller yeni süjeti gözləyərkən özünü tamamilə kamera musiqisinə
həsr etdi. Onun yaxşı və gözəl tərtib olunmuş salonu bu iş üçün xüsusilə yararlı
oldu.
171
Həmin ilin sonunda “Tanhauzer”in kompozisiyasını bitirəndə çox ciddi və
gözəl bir hadisə əhvalıma əla təsir etdi. Onun məndə buraxdığı təsir o qədər güc-
lü idi ki, xarici şərtlərin dağıdıcı təsirini artıqlaması ilə kompensasiya edirdi. Bu
hadisə 1844-cü ilin dekabrında Karl Mariya fon Veberin cənazəsinin Londondan
Drezdenə gətirilməsi idi. Yuxarıda xəbər verdiyim kimi, bir neçə il bundan əvvəl
bu işin təbliğatını aparan komitə yaradılmışdı. Bir səyyah bildirmişdi ki, Veberin
cənazəsinin gətirilməli olduğu sadə qəbir Londondakı Müqəddəs Pavel kilsəsinin
uzaq bir küncündə, tamamilə atılmış vəziyyətdə idi. Hətta, bəlkə də bir neçə il
sonra onu tapmaq belə mümkün olmayacaqdı. Haqqında danışdığım enerjili
dostum professor Love bu şayiədən istifadə edib öz atını irəli çəkdi – təşkil etdi-
yi musiqi cəmiyyətinin bayrağı altında Veberin cənazəsinin Drezdenə gətirilməsi
istiqamətində təbliğatlara başladı. Onda teatr rəhbərliyini də bu işdə iştiraka cəlb
etmək qərara alınmışdı. Lakin komitə burada lap əvvəldən israrlı müqavimətlə qar-
şılaşdı. Ümumi rəhbərliyin adından bildirilmişdi ki, guya kral dini baxımdan Vebe-
rin cənazəsinin yerindən edilməsini düzgün hesab etmir. Bu xəbərə inanmaq, yaxud
inanmamaq olardı. Lakin ona riayət etmək mütləq idi. Ona görə mənim xüsusi nü-
fuzumdan istifadə etmək qərarına gəldilər və bunun üçün vasitəçi olmağımı xahiş
etdilər. İşə səmimi qəlblə yanaşdım. Məni sədr seçdilər. Bundan başqa işə incəsənət
məsələlərində xüsusi nüfuzu olan antik muzeyin müdiri Qofrat Şulsu və bir xristi-
an-bankiri də cəlb etdilər. Təbliğat canlandı, dörd bir tərəfə çağırışlar ünvanlandı,
bir neçə plan təfərrüatlı şəkildə işləndi və əlbəttə, bir sıra iclaslar keçirildi. Bu zaman
mənimlə müdirim cənab fon Lütihau arasında antoqonizm kəskinləşdi. Əgər bu
mümkün olsaydı, o böyük həvəslə kralın nəzər nöqtəsinə əsaslanaraq bu təşəbbüsdə
iştirakıma qadağa qoyardı. Lakin keçmiş təcrübəsindən (kralın musiqili salamlan-
ması əhvalatı) bilirdi ki, vulqar ifadə etsək (yeri gəlmişkən, fon Lütihau məhz bunu
sevirdi), bəhanə olmadan mənə bu işlərdə “ilişməsə” daha yaxşıdır. Bir tərəfdən,
kralın fikri elə də qəti formada deyilmədiyi, digər tərəfdən, tədbir şəxsi təşəbbüsdən
irəli gəldiyi üçün hətta kralın da buna mane ola bilməyəcəyi (Lütihau bunu yaxşı
başa düşürdü) və nəhayət, Veberin bir vaxtlar bütün gücünü sərf etdiyi saray teat-
rı tərəfindən düşmən münasibət auditoriyanın narazılığına səbəb olacağı üçün fon
Lütihau sadəcə məni bu işdən çəkindirməyə cəhd göstərməyə çalışdı. O, əmin idi ki,