Rixard Vaqner
Mənim həyatım
272
mənsiz bu iş baş tuta bilməz. Ona görə, məni inandırmağa çalışırdı ki, kral kapel-
lasında Veberdən çox xidmət göstərən rəhmətlik Morlakinin cənazəsinin İtaliyadan
gətirilməsindən heç söhbət açılmadığı halda, Veberin cənazəsinə mübaliğəli hörmət
göstərmək mənasızdır. Bunun nəticələri necə ola bilər? Tutaq ki, deyirdi Lütihau,
Reysiger haradasa uzaq bir yerdə dünyasını dəyişdi. Onda onun dul qalmış həyat
yoldaşının da ən azı Veberin yoldaşı qədər (kifayət qədər məyusluq yaşadıb) ərinin
cənazəsinin nəğmələr və zəng səsləri ilə Drezdenə köçürülməsini tələb etməyə əsası
olar. Onu bu baxımdan sakitləşdirməyə çalışırdım. Bu iki böyük insan arasında-
kı fərqi ona başa sala bilmədim. Lakin inandırdım ki, artıq bu işi yarıda qoymaq
gecdir. Artıq Berlin saray teatrı bizim təşəbbüsün xeyrinə xüsusi tamaşa elan edib.
Komitənin təklifi iləMeyerberin təşkil etdiyi tamaşa həqiqətən baş tutdu (“Evrianta”
səhnələşdirilmişdi) və nəticədə bizə 2000 talerlik böyük bir gəlir gətirdi. Berlin kral
teatrı bir neçə kiçik teatrlara nümunə oldu. Beləcə, Drezden teatrı da digərlərindən
geri qala bilməzdi. Nəticədə, bankirimizin əlində Veberin cənazəsini köçürmək
üçün bütün xərcləri ödəyəcək miqdar toplanmışdı. Müvafiq qəbirüstü heykəllə
qəbir hazırlanmışdı və hətta, müəyyən müddət sonra Veberin iri heykəlinin qo-
yulacağı yer də alınmışdı. Rəhmətlik maestronun böyük oğlu atasının cənazəsinin
köçürülməsinə şəxsən nəzarət etmək üçün Londona yola düşdü. Cənazə su yolu ilə
Elbadan gətirilirdi və Drezden limanında qəbir ilk dəfə alman torpağına yerə qoyul-
du. Köçürülmə axşam,məşəl işıqları altında baş tutmalı idi. Bumərasimmünasibətilə
dəfn musiqisini yazmağı öz üzərimə götürmüşdüm. Mən “Evrianta”dan iki uver-
türa istifadə etdim. Uvertürada kölgələrin peyda olmasını xarakterizə edən möv-
zu ilə başlayıb “Evrianta”nın kavatinasına keçdim. Dəyişikliksiz saxladığım
Hier
dicht am Quell”
i isə sadəcə, “B-dur”a keçirdim. Buradan yenidən Veberin operasının
sonundakı kimi qarışıq formaya malik ilk motivə qayıtdım. Bu simfonik nizamlı
əsəri 80 seçilmiş nəfəsli alətldən ibarət orkestr üçün uyğunlaşdırdım. Bu zaman or-
kestr səsinin bütövlüyündən geri addım atmadan mümkün qədər çox yumşaqlı-
ğa nail olmağa çalışdım. Uvertüradan mənimsədiyim altlardakı əsrarəngiz tremo-
lonu iyirmi boğuq baraban gurultusu ilə pianoda səsləndirdim. Məşq zamanı hər
şey bütövlükdə rəhmətlik Veberi xatırladan güclü təsir göstərdi. Bir vaxtlar Veberlə
dost olan Şreder-Devrien də səmimi qəlbdən maraqlanmış və təsirlənmişdi. Elə
özüm də etiraf edə bilərdim ki, hələ məqsədinə bu qədər cavab verən əsərlər yaza
bilməmişdim. Kompozisiyanın təntənəli köçürülmə mərasimində açıq hava altında
ifası da ən azı məşqlərdəki qədər uğurlu oldu. Əsərin aşağı tempdə ritmini saxla-
maq çətin olduğu üçün məşqdə belə bir fəndə əl atdım: yer qazanmaq üçün səhnəni
tamamilə təmizləməyi əmr etdim və musiqiçiləri hissələrini yaxşı öyrəndikdən son-
ra ətrafımda yürüş təşkil edərək əsərlərini gəzə-gəzə ifa etməyə vadar etdim. Bunu
pəncərələrdən izləyən şahidlər məni sonralar inandırırdılar ki, bu mənzərədəki
yüksək təmtəraq hissi təsvirolunmaz idi.