25
Rixard Vaqner
Mənim həyatım
3
Atalığımın tərbiyəmə nə qədər ciddi yanaşdığı altı yaşım olanda məni Pos-
sendorfa, Drezden yaxınlığında bir pastorun yanına apardığından görünürdü.
Orada digər alicənab ailələrdən olan oğlanlarla birlikdə gözəl, tam saf-sağlam
təhsil və tərbiyə almalı idim. Lakin mən çox qalmadım. Bu dövrdən ancaq uşaq
təəssüratlarından ibarət xatirələr qalmışdı. Pastor
*
axşamları bizə Robinzonun
əhvalatını danışır və söhbətlərini dialoqlar şəklində öyüdlərlə bəzəyirdi. Motsartın
tərcümeyi-halını oxumağım mənə böyük təsir göstərdi, həmin dövrdə yunanların
azadlıq uğrunda müharibəsinin gedişatı ilə bağlı qəzet və xronika məni yaman
həyəcanlandırırdı. Beləliklə, sonralar dövrümün hadisələrinə tərəfsiz olmayan və
ağrılı münasibətim də, Qədim Elladanın əsatirlərinə və tarixinə vəcd dolu maraq-
da əksini tapan Yunanıstan sevgimlə əlaqəli idi. Yunan-fars müharibələrinin tari-
xini oxuyanda gəncliyimdə yunanların türklərə qarşı üsyan xəbərlərini eşidəndə
hiss etdiyim duyğuları təkrar yaşadığımı xatırılayıram.
Pastorun yanında bir ilə yaxın vaxt keçirdim. Bir dəfə qasid atalığımın ölüm
ayağında olduğunu və evə, Drezdenə çağrıldığımı xəbər verdi. Şəhərə aparan
üç saatlıq yolu piyada getdik və bu səyahət məni o qədər yordu ki, kədərdən
ölgünləşmiş anamı görəndə belə təsirlənmədim. Səhəri gün məni atalığımın ya-
nına buraxdılar. Onun bu qədər zəifləməsi, çətinliklə danışması və kəskin steno-
kardiya tutmaları ilə son ümidsiz mübarizə tədbirləri mənə yuxu kimi gəlirdi.
Deyəsən, özüm o qədər halsız düşmüşdüm ki, ağlaya da bilmirdim. Anam məni
qonşu otağa çağırdı və xəstəni bir qədər əyləndirmək üçün royalda öyrəndiklərimi
nümayiş etdirməyimi istədi. Mən “Ub`immer Treu`und Redlichkeit”i ifa etdim və
atalığım dedi: “Görəsən, onun doğrudanmı həqiqi musiqi istedadı var?!” Növbəti
gün anam böyük uşaq otağımıza girib ağlaya-ağlaya yataqlarımızı bir-bir gəzərək
atalığımın ölümünü xəbər verdi. Anam hər birimiz üçün atalığımın adından dua
sözləri dedi. Mənə isə bu çatdı: “O səni adam eləmək istəyirdi”. Nahardan sonra
pastor Vetsel gəldi və məni yenə özü ilə kəndə apardı. Biz yenə piyada getdik
və axşamüstü Possendorfa çatdıq. Yol boyu ona ulduzlar barədə çoxlu sual ver-
dim və onun sayəsində bu mövzuda ilk təsəvvürüm formalaşdı. Bir həftə sonra
Eyslebendən dəfn üçün rəhmətliyin qardaşı gəldi. O, yenə maddi dəstəksiz qalan
ailəyə bacardığı qədər kömək edəcəyini söz verdi və bundan sonrakı tərbiyəmi
öz üzərinə götürdü. Mən yoldaşlarımla və mehriban pastorla sağollaşdıım. Bir
müddət keçdi və yolum yenidən Possendorfdan düşdü. Lakin bu dəfə pastor Vet-
selin dəfnində iştirak etmək üçün gəlmişdim. Uzun illər sonra, Drezdendə kapel-
meyster olanda, ekskursiyaların birində ölkənin ucqarlarına piyada gəzinti vaxtı
*
Vetsel