Rixard Vaqner
Mənim həyatım
26
Possendorfu ziyarət etdim və köhnə pastorun evini yerində tapmayıb çox məyus
oldum. Onun əvəzində müasir ruhda daha dəbdəbəli pastor binası ucaldılmışdı.
Bunu görəndə ürəyim elə ağrıdı ki, bir də o tərəflərə ayaq basmadım.
4
Əmim bu dəfə Drezdenə məni ekipajla apardı. Anam və bacılarım yasa bat-
mışdılar. İlk dəfə ailəmiz üçün qeyri-adi hesab olunan şəfqətlə qarşılanmışdım. Bir
neçə gün sonra əmim məni yenidən özü ilə Eyslebenə aparanda da məni bu cür
şəfqətlə yola salmışdılar. Atalığımın kiçik qardaşı orada zərgərlik işləri ilə məşğul
olan usta idi və artıq böyük qardaşlarımdan birini özünə şagird götürmüşdü. O,
subay idi və qoca nənə ilə birlikdə yaşayırdı. Bir ayağı qəbirdə olan nənədən bö-
yük oğlunun ölümünü gizlətmişdilər. Mənə də bərk-bərk tapşırmışdılar ki, ağzım-
dan söz qaçırmayım. Xadimə ehtiyatla paltarımdakı yas nişanını çıxartdı və dedi
ki, tezliklə nənə öləndə bu bir də lazım olacaq. Nənə məni tez-tez atam barədə
sorğu-suala tuturdu. Sirri saxlamaq çətin deyildi, çünki özüm də bunu hələ tam
dərk etməmişdim. Nənə qapısı ensiz həyətə baxan, qaranlıq arxa otaqda yaşayırdı
və azadlıqda yalnız bir neçə dəfə qanad çırpan kiçicik quşlar saxlayırdı – onlar
üçün sobanın yanında bərkidilmiş bir neçə təzə yaşıl budaq saxlayırdı həmişə. Bir
dəfə pişik quşları boğanda onun üçün təzələrini də tuta bilmişdim. Yaman sevin-
mişdi. Mükafat olaraq mən həmişə təmiz və səliqəli geyindirilirdim. Çox keçmədi
ki, nənə öldü. Paltarıma yenə yas nişanını bərkitdilər və daha Eyslebendə onu
gizlətmədən gəzirdim. Balaca quşlara və yaşıl budaqlı qaranlıq otağa əvvəlki ma-
rağım öldü. Bir müddət sonra yaşadığımız evin sahibi olan sabunbişirənlərin ailəsi
ilə tanış oldum. Onlar hekayələrimə qulaq asmağı sevirdilər. Məni magistr Veyss
adlı ciddi və ləyaqətli bir adamın özəl məktəbinə yerləşdirdilər. Əllinci illərin son-
larında bir musiqi qəzetində, Eyslebendə “Tanhauzer”dən parçaların ifa olundu-
ğu konsertlə bağlı hesabatı oxuyub şagirdini unutmayan qocaman müəllimimin
konsertdə iştirak etdiyini biləndə çox təsirlənmişdim.
5
Bütün bu baş verənlərdən çox-çox illər keçmişdi, Lüterin evi yerləşən və bura-
dakı həyatın izlərini daşıyan qədim şəhərcik dəfələrlə yuxuma girirdi. Ora bir daha
getmək, xatirələrimin doğruluğunu yoxlamaq arzusu içimi bürüsə də, maraqlıdır ki,
hələ də buna nail ola bilməmişdim. Biz bazar meydanında yaşayırdıq, bu isə maraq-
lı tamaşalara şahid olmağıma imkan verirdi. Burada dəfələrlə akrobat truppasının