27
Rixard Vaqner
Mənim həyatım
meydanın bir ucundan o biri ucuna çəkilmiş kanatın üstü ilə gedən tamaşalarına
baxmışdım. Məndə belə nömrələrə həvəs yaranmışdı. Nəticədə mən həyətimizdə
çəkilmiş kanatın üstündə əlimdə çubuq tutub kifayət qədər məharətlə gəzə bilirdim.
Akrobatik məşğələlərə meyl məndə hələ o vaxtdan vardı. Lakin mənə ən çox zövq
verən qusar alayının Eyslebendə yerləşmiş nəfəsli alətlər orkestri idi. Camaat həmin
illər tez-tez səslənən yeni musiqini xüsusilə sevirdi: Bu Berlində ilk dəfə səhnəyə
qoyulan “Freytşüts” operasının “ovçular xoru” hissəsi idi. Əmim və qardaşımməni
bu operanın bəstəkarı Veber barədə sorğu-suala tuturdular. O vaxt Drezdendə ka-
pelmeyster vəzifəsində çalışan Veberi valideynlərimin evində görməyim qaçılmaz
idi. Həm də bir tanış ailədə tez-tez “Qız çələngi” ifa olunardı. Bu pyeslər həmin
vaxta qədər musiqi sənətinin bənzərsiz nümunəsi hesab etdiyim “İspilanti-vals”ı sı-
xışdırıb arxa plana atmışdı. Yerli oğlanlarla çoxsaylı davalarımı xatırlayıram: onda
mənim dördkünc papağım var idi və məni buna görə həmişə cırnadırdılar. Bir də
Unştrut çayının kənarındakı qayalıqlarda qeyri-adi gəzintilər qalıb yaddaşımda.
Əmim evlənib öz ailə ocağının əsasını qoyanda onun ailəmizə münasibəti
nəzərəçarpacaq dərəcədə dəyişdi. Bir il sonra o, məni Leypsiqə aparıb atamın
(
Vaqnerin) qohumlarının himayəsinə verdi. Onlar əmim Adolf və onunla birlikdə
yaşayan bacısı, yəni bibim Frederika Vaqner idi. Bax, məhz bu andan etibarən
mənə böyük və get-gedə güclənən təsir göstərmiş adam ilk dəfə öz qəribə ab-
havası ilə şüurumda özünə yer edir. Əmimin və bibimin Janetta Tome adlı çox
qəribə, yaşlanmış bir qızla sıx və mehriban əlaqələri var idi. Bu qadın bazardakı
böyük evin sahibəsi idi. Səhv etmirəmsə, bu evin iki əsas mərtəbəsi hələ Qüdrətli
Avqustun vaxtından Saksoniya kral ailəsi tərəfindən icarəyə götürülmüşdü və
müvafiq qaydada tərtib olunmuşdu. Bura onun Leyspiq ziyarətləri zamanı qaldığı
iqamətgahı idi. Deyəsən, Janetta Tomenin ixtiyarında yalnız həyətə çıxışı olan və
ikinci mərtəbədə yerləşən mənzil qalmışdı. Lakin adətən Kral Leypsiqdə ilin cəmi
bir neçə gününü keçirdiyi üçün Janetta yaxınları ilə birlikdə daima möhtəşəm kral
otaqlarında yaşayırdı. Belə dəbdəbəli otaqların birində mənim üçün yataq qoy-
muşdular. Bu otaqların tərtibatı da Qüdrətli Avqustun dövrünə uyğun idi. Ağır,
dəbdəbəli ipək parça ilə üzlənmiş rokoko üslublu zəngin mebel illər keçdikcə
zədələnmişdi. Pəncərələri Leypsiq bazar meydanına açılan bu iri, fantastik zal-
larda özümü əla hiss edirdim. Xüsusilə, qədim alman kostyumları geyinən tələbə
kütlələrinə baxırdım. Burada mənə əziyyət verən bircə şey var idi: gənc simalı və
kirşanlanmış ağ saçlı, taxtalı-çənbərli ətəkli qadınların çoxsaylı portretləri. Onları
ruha bənzədirdim və mən bu otaqlarda tək qalanda bu qadınlar canlanıb məni
dəhşətə gətirirdilər. Uzaq otaqlardan birində, qədim çarpayıda, bu portretlərin
əhatəsində yatmaq mənim üçün əsl əzab idi. Əlbəttə, gecələr əlində şamla məni
yatmağa yola salan bibimdən bu qorxunu gizlətməyə çalışırdım. Lakin qan-tər
içində qalıb kabuslardan əziyyət çəkmədiyim gecə olmurdu.