Rixard Vaqner
Mənim həyatım
28
Bu mərtəbənin üç sakininin şəxsi məziyyətləri məndə oyatdıqları
təəssüratların nağılvari formaya keçməsinə olmazın şərait yaradırdı. Janet-
ta Tome bəstəboy və çox kök idi, açıq rəngli iri parik taxırdı və sanki qədim
dəbdəbə atmosferində yaşamağa davam edirdi. Onun sadiq və qayğıkeş rəfiqəsi
özü kimi qarımış qız olan bibim isə uzun və çox arıq idi. Qeyri-adi iti çənəsi
onun xoş sifətinə fantastik çalar verirdi. Adolf əmimin iş kabineti xüsusi yerdə,
həyətdəki qaranlıq otaqda yerləşirdi. Onu ilk dəfə burada kitab qalaqları arasında,
sadə ev geyimində, qəribə itiuclu keçə papaqla görmüşdüm. Eynilə belə papağı
Eyslebendə akrobat truppasının təlxəyinin başında görmüşdüm. Sərbəstliyə olan
qarşısıalınmaz meyli itələmişdi əmimi bu qəribə sığınacağa. Nə vaxtsa o teologi-
yanı öyrənmişdi, lakin tezliklə bunu boşlayıb özünü tamamilə filologiyaya həsr
etmişdi. Professorluq və ya müəllimlik fəaliyyətinə ciddi ikrah duyan əmim artıq
çoxdan ədəbi işlərlə həyatda qalmağa çalışırdı. O, xasiyyətcə ünsiyyətcil və şən
insan idi, bununla yanaşı gözəl tenora malik idi və teatrla maraqlanırdı. Cavan
vaxtı belletrist kimi də məşhurlaşmışdı və Leypsiqdə çoxlu tanışları var idi. Bir
dəfə Venada olanda yoldaşlarından biri ilə yerli musiqili-deklamasiya axşamla-
rından birində iştirak etməklə yanaşı, Şilleri də ziyarət etmişdi. Bu görüşə hər eh-
timala qarşı o, yeni tamamlanmış “Vallenşteyn”i əldə etmək istəyən Leypsiq teatr
rəhbərliyinin səlahiyyətləriylə getmişdi. O, mənə Şillerin düzgün uca qamətinin
və adamı ələ alan mavi gözlərinin onda nə dərəcədə dərin iz buraxdığını danış-
mışdı. Lakin bunu danışarkən o, həm də əslində yaxşılığını istəyən dostlarından
birinin onu xoşagəlməz və yöndəmsiz vəziyyətə qoymasından da şikayətlənmişdi.
Sən demə, dostlarından biri Adolf Vaqnerin şeir dəftərini əvvəlcədən Şillerə çatdı-
rıbmış və həmin görüşdə gənc şair ünvanına söylənən dostyana tərifləri eşidərkən
ürəyinin dərinliyində bilirdi ki, buna görə yalnız Şillerin alicənablığına borcludur.
Nəticədə, o inadla filologiyanı öyrənməyə başlamışdı. Ən məşhur işlərindən bi-
rinin çap olunduğu “Parnasso İtaliano”nu, italyan dilində yazdığı şeirlə birlikdə
Höteyə belə təqdim etmişdi. Bilicilər deyirdilər ki, dil baxımından tələffüz üçün
yararsız, ağır bir şey idi. Lakin Höte gözəl bir məktubla minnətdarlığını bildirmiş
və məktubla birlikdə gümüş kuboklarından birini göndərmişdi müəllifə. Özünün
bütün şəraiti və ab-havası ilə bu adam məndə, səkkiz yaşlı uşağın yaddaşında ol-
duqca sirli, qaranlıq iz buraxmışdı.
6
Bu adamların arasında çox qalmadım: bir neçə gün sonra məni Drezdenə
ailəmin yanına apardılar. Orada tək qalmış anamın səyləri nəticəsində həyatımızı
birtəhər qura bildik. Əvvəllər tibb təhsili alan böyük qardaşım (Albert) onun səsini