29
Rixard Vaqner
Mənim həyatım
(
tenor) kəşf edən Veberin məsləhəti ilə Breslavlda səhnəyə çıxdı. İkinci bacım (Lu-
iza) da onun yolu ilə getdi və özünü aktrisa kimi teatra həsr elədi. Böyük bacım
Rozaliya isə daha əvvəldən öz gücünə Drezden kral teatrında müəyyən mövqe
qazanmışdı və ailəmizin mərkəzinə çevrilmiş, qayğıların altında əzilən anamın
ən yaxın köməkçisinə, dayağına çevrilmişdi. Onlar hələ də atamın sahmanladığı
böyük, rahat mənzildə yaşayırdılar. Sadəcə, bir neçə əlavə otaq kirayə verilmiş-
di. Bir vaxtlar sakinlərimizdən biri də Şpor olmuşdu. Anamın qeyri-adi enerjisi
sayəsində və kənardan gələn köməklə (saray hələ də atalığımın xatirəsinə görə
bizə diqqət göstərirdi) ailəmiz keçinməli vəziyyətə idi və mənim də tərbiyəm ya-
rımçıq qalmadı.
Çox gözəl səsi olduğu anlaşılan üçüncü bacım da (Klara) özünü səhnəyə həsr
edəndə anam mənə görə narahat olmağa başladı. O, qorxurdu ki, məndə də teat-
ra meyl olar. Həmişə özünü qardaşımın teatr karyerası qurmasına izn verdiyinə
görə günahlandırırdı. İkinci qardaşımın zərgərlikdən başqa heç bir qabiliyyəti
olmadığına görə anam hələ də ümid edirdi ki, atalığımın məni
adam eləmək ar-
zuları
doğrulacaq. Səkkiz yaşım tamam olan kimi məni Drezdendəki Müqəddəs
Xaç gimnaziyasına göndərdilər: heç nəyə baxmayaraq mənə ciddi təhsil vermək
istəyirdilər. Orada ən son sinfin ən aşağı qruppasına daxil oldum və elm kursunun
ilk pillələrindən təhsilə başladım. Anam məndə işaran hər hansı mənəvi canlan-
manı və ya istedadı böyük şövqlə izləyirdi.
Anamı tanıyan hər kəs onu möhtəşəm qadın hesab edirdi. Heç bir əsaslı,
bitkin tərbiyə almasa da, onda fəal evdarlıq cizgiləri ilə böyük mənəvi həssaslıq
özünəməxsus şəkildə vəhdət tapmışdı. O, uşaqlarının heç birinə kökləri barədə
tam məlumat verməmişdi. Veyssenfelsdə doğulmuşdu və öz sözlərinə görə,
valideynlərinin orada çörək dükanı
*
var idi. Hətta qız vaxtı onu necə çağırdıqlarını
anlaşılmaz utancaqlıqla deyirdi, özünü “Pertes” adlandırsa da, sonradan öyrənə
bildik ki, əslində “Bers” deyə çağırırmışlar onu. Uşaq yaşlarında Leypsiqin ən
yaxşı və seçilmiş təhsil müəssisələrindən birinə yerləşdirilməsi və orada atasının
yüksək vəzifəli dostunun onun qeydinə qalması” da qəribə idi. Anam özü deyir-
di ki, Veymar şahzadəsi idi ailəsinə Veyssenfelsdə ciddi kömək göstərən adam.
Onun institutdakı təhsili qəyyumunun qəfil ölümü ilə yarımçıq qalır. Gənc olanda
atamla tanış olur. Atam cavan olsa da, artıq sərbəst və müəyyən mövqe sahibi olan
insan idi. Evlənirlər. Yəqin anamın xasiyyətinin əsas cizgisi maraqlı yumor hissi
və həmişə yüksək əhvalda olması imiş. Belə düşünmək olar ki, Lüdviq Heyeri öl-
müş dostunun artıq cavan olmayan həyat yoldaşı ilə evlənməyə sövq edən təkcə
mərhəmət duyğusu yox, həm də çox ola bilsin, səmimi qəlbdən gələn bir meyl idi.
Hələ birinci əri sağ olarkən Geyerin çəkdiyi portretdə anam çox gözəl təsvir
olunub. Özümü xatırlamağa başlayandan mənim yaddaşımda anam daimi başağ-
*
Ən son məlumatlara əsasən onların şəxsi dəyirmanları da var imiş.