Rixard Vaqner
Mənim həyatım
30
rılarına görə başı bağlı-çəkili qadın kimi həkk olunub. Anamın gənc və cazibədar
simasını heç xatırlamıram. Uşaqlara daimi qulluq (mən sayca yeddinci idim), bi-
zimmüxtəlif ehtiyaclarımızı ödəməklə bağlı çətinliklər, məhdud maddi vəsaitlərlə
hər cəhətdən mədəni görünüşünü saxlamaq arzusu – bu şərtlərdə onun yumşaq,
ana zərifliyi özünü biruzə verə bilməzdi. Onun məni sığalladığını xatırlamı-
ram. Ümumiyyətlə, belə şeylər bizim ailəyə xas deyildi. Əksinə, bir-birinə qarşı
diqqətsiz, demək olar ki, ağır və kəskin münasibət adi hesab olunurdu. Təəccüblü
deyil ki, bu hadisə mənim yaddaşıma xüsusi həkk olunub. Məni yuxulu-yuxulu
yatağa aparanda göz yaşlarımın arasından anama baxdım, o mənə sevgi ilə bax-
mışdı və o vaxt evimizdə olan qonağa mənim barəmdə bir neçə mehriban söz de-
mişdi. Böyük və gözəl incəsənət barədə o, demək olar ki, patetik tonla, qeyri-adi
ehtirasla danışmağı sevərdi. Yadımdadır ki, bu mənə xüsusi təsir bağışlayırdı. La-
kin o, bu tonla teatr sənəti barədə yox, yalnız poeziya, musiqi və poeziya barədə
danışırdı. Əgər teatra baş qoşsam, məni az qala lənətləməklə hədələyirdi. Bunun-
la yanaşı o, çox dindar idi. Tez-tez bizə Allah barədə, ilahi insan barədə nəsihətə
bənzər, uzun-uzun nitqlər söyləyirdi. Belə nitqlərin ən qızğın anlarında o, qəfil to-
nunu dəyişib uşaqlarından birini zarafatyana təlqin edirdi. Atalığımın ölümündən
sonra biz hər səhər anamın yatağının ətrafında toplaşırdıq: o, yerində uzanıb səhər
qəhvəsini içirdi. Lakin bundan əvvəl mütləq birimiz dua oxumalı idik. Bacım Kla-
ra diqqətsizlik edib çox həssas şəkildə “Müharibədəki döyüşçülərin xilası” üçün
duanı oxuyana qədər adətən duanın seçimi böyük rol oynamırdı. Anam onun du-
asını bu sözlərlə kəsmişdi: “Bəsdir! Aman Allah, günahkar bəndəni bağışla, axı
indi bizdə müharibə yoxdur!”
7
Həyatımız çətinliklərlə dolu idi. Buna baxmayaraq vaxtaşırı axşamlar evi-
mizə qonaq gələndə sevinirdik. Uşaq olanda bu axşamlar çox parlaq görünürdü.
Portretçi kimi gəlirləri həmin dövr üçün əhəmiyyətli miqdara çatan atalığımın
ölümündən sonra cəmiyyətin ən ali təbəqələrindən olan insanlarla az-çox xoş
əlaqələrimiz qalmışdı. Bu tanışlar bizi unutmurdular. Bundan başqa, əlaqə sax-
ladığımız Drezden saray teatrının üzvləri canlı, xoşrəftar və maraqlı insanlar idi,
təəssüf, Drezdendə onlar barədə heç bir xatirə qalmayıb. Biz piknikləri, şəhər
ətrafındakı gözəl yerlərə gəzintiləri xüsusi həvəslə təşkil edirdik. Bu gəzintilərdə
artist çevrələrinə xas adi yoldaşlıq atmosferi hökm sürürdü. Loşvis gəzintimizi
xatırlayıram. Orada bir növ qaraçı çadırı qurmuşduq və Karl-Mariya fon Veber
aşpaz vəzifəsini yerinə yetirirdi. Bundan başqa, evimizdə müxtəlif musiqi ilə də
məşğul olurdular: bacım Rozaliya royal çalırdı, Klara oxumağa başlamışdı. Evdə