31
Rixard Vaqner
Mənim həyatım
tamaşalar qoyulurdu. Həmin dövrdə valideynlərdən birinin doğum gününə
sürpriz tamaşalar hazırlamaq adət halını almışdı və bu tədbirlər böyük hazırlıq-
larla bağlı olurdu. Belə tamaşaların birində mən də iştirak edirdim. Qrilparserin
Safo”suna parodiya səhnələşdirirdi və mən Faonun triumf arabasının arxasınca
gedən küçə uşaqlarının xorunda idim. Bu tamaşa yaddaşımda atalığımın əşyaları
arasından çıxan möhtəşəm kukla teatrı ilə bağlı xatirələrlə təzələnir. Teatr onun
özünün hazırladığı gözəl dekorasiyalarla təmin olunmuşdu. Ağlıma bir pyesi
uğurla səhnələşdirərək evdəkiləri heyrətləndirmək fikri gəlmişdi. Ağacdan bir
neçə yöndəmsiz kukla kəsib bacımdan oğurladığım parçalarla onlara müxtəlif
kostyumlar tikdim. Sonra cəngavərlik dramı yazmağa girişdim, bacılarım
əlyazmanı tapdılar və məni qəddarcasına lağa qoydular. Tərslikdən onlar əsərin
qəhrəmanlarından birinin-qorxmuş qadının “Ich höre schon den Ritter trabsen
*
” –
fürsət düşdükcə təkrarlamağı sevirdilər.
Ailəmizin hələ də yaxın olduğu teatra maraq məndə yeni güclə bərpa olun-
du. “Freyşüts” əsasən nağılvari süjetilə təxəyyülümə xüsusi təsir edirdi. İç dünya-
mın təşəkkülündə ruhlardan qorxmağım və ümumiyyətlə, dəhşət emosiyası ciddi
rol oynayırdı. Lap uşaqlıqdan anlaşılmaz, müəmmalı hər şey mənə fövqəladə təsir
bağışlayırdı. Yadımdadır, hətta mebel, cansız əşyalar da məni tez-tez qorxudur-
du: əgər otaqda uzun müddət tək qalıb diqqətimi əşyalarda cəmləsəydim, mənə
elə gələrdi ki, onlar canlanır, hərəkət edir. Buna görə qorxudan qəfil qışqırmağa
başlayırdım. Gəncliyimə qədər elə bir gecə olmayıb ki, yuxuma ruhlar girməsin
və mən dəhşətli qışqırıqla oyanmayım. Bir insanın səsi məni sakitləşdirənə qədər
qışqırırdım. Ən qəddar danlaq və hətta döyülmələr məni dəhşətdən xilas etdiyi
üçün ən mərhəmətli hərəkət kimi görünə bilərdi o vaxtlar. Bacı və qardaşlarımın
heç biri mənim yaxınlığımda yatmaq istəməzdi və mənə mümkün qədər uzaqda
yer salardılar. Lakin başa düşmürdülər ki, bununla mənim imdad qışqırıqlarım
daha yüksək və davamlı olurdu. Əvvəl-axır gecə qalmaqallarına alışdılar.
Teatra maraq da bu müəmmalara meyllə əlaqəli idi. Səhnə, kulis, aktyor ota-
ğı məni cəlb edirdi. Lakin bunun səbəbi adi teatr auditoriyasında olduğu kimi
əyləncə vəmaraqlı söhbətlər deyildi. Məni gündəlik həyatla heç bir əlaqəsi olmayan
elementlə ünsiyyət, dəhşətli dərəcədə maraqlı canlı fantaziya dünyasına toxunmaq
cəlb edirdi. İstənilən dekorasiya və hətta dekorasiyanın, kulisin kolu təsvir edən
bir hissəsi, istənilən kostyum, ya da kostyumun istənilən xarakterik detalı mənə
başqa dünyaya aidlik təsiri bağışlayır və mən bunları ruha bənzədirdim. Bunla-
rın hamısı məni laqeyd reallıqdan və gündəlik monotonluqdan kölgələrlə dolu
möcüzələr dünyasına keçirirdi. Beləliklə, teatr tamaşalarına aid olan hər şey sirli
dumanla əhatələnmişdi və ruhumu sərxoş edirdi. Mən həvəslə həmyaşıdlarımla
Freyşüts”ü oynayır, özümü tamamilə əcaib kostyumların və maskaların hazır-
*
Mən cəngavərlərin yorğun ayaq səslərini eşidirəm