Rixard Vaqner
Mənim həyatım
32
lanmasına həsr edirdim. Bacılarımın teatr qarderobunun (çox vaxt ailədə onun
qaydaya salınması ilə məşğul olurdular) ayrı-ayrı zərif hissələrinə toxunuş fanta-
ziyama incə, həyəcanlandırıcı təsir edirdi. Bəzən belə toxunuş güclü, hətta qorxulu
ürək döyüntülərinə səbəb ola bilirdi. Şübhəsiz, məndə bu növ hisslərin inkişafında
yalnız qadınların əhatəsində böyüməyim də güclü təsir edirdi. Hərçənd, artıq bil-
dirdim ki, zərif və sentimental duyğular ailəmizə xas deyildi. Bəlkə də məhz belə
narahat, hətta bir qədər kəskin atmosferlə əhatələndiyim üçün qadınlığın xüsusilə,
fantastik teatr dünyası ilə bağlı müxtəlif atributları məni xəstəlik dərəcəsində cəlb
edir və təlaşlandırırdı.
8
Xoşbəxtlikdən, gah dəhşətlərlə, gah yumşaq əsintilərlə dolu fantastik əhvalın
müqabilində məktəb və müəllimlər mənə tam əks təsir göstərirdilər: bu, ciddi və
sərt təsir idi. Lakin burada da mən həvəslə fantaziyama toxunan şeyləri qəbul
edirdim. Elmə bacarığım var idimi? Dəqiq hökm verə bilmirəm. Ümumiyyətlə,
mən sürətlə, demək olar ki, dərs oxumadan ancaq məni maraqlandıran şeyləri
öyrənirdim. Təxəyyülümə dəxli olmayan şeylərə isəmeyl göstərməyə belə heç cəhd
etmirdim. Bu daha çox cəbrdə, sonralar riyaziyyatda özünü göstərirdi: mən heç
vaxt özümü müəyyən məsələnin şərtlərini təfərrüatlı şəkildə düşünməyə məcbur
edə bilmirdim. Hətta qədim dilləri öyrənərkən də yalnız oxuduqlarımın ümumi
mənasını, təsvir olunan predmetin xarakterik cizgilərini tutmağa kifayət edəcək
dərəcədə canfəşanlıq göstərirdim. Bu mənada, məni daha çox yunan dili cəlb
edirdi. Çünki yunan mifologiyasının obrazları fantaziyamı müsbət şəkildə özünə
bağlayırdı və istəyirdim ki, buradakı qəhrəmanlar mənimlə doğma dillərində da-
nışsınlar: bu üsulla mən onların dünyasına daxil olmaq ehtirasımı təmin etməyə
ümid edirdim. Əlbəttə, bu halda qrammatika bir elm kimi məni heç cəlb etmirdi,
əksinə, sadəcə mane olurdu. Qədim dillərlə bağlı məşğələlərdə xüsusi bir uğur
qazanmadım və görünür, buna görə bu dərsləri asanlıqla boşladım. Yalnız xeyli
vaxt keçəndən sonra bu elmin fizioloji fəlsəfi inkişafı və Yakov Qrimin davamçıları
olan yeni germanistlərimiz tərəfindən qurulması ilə tanış olduqda ümumiyyətlə
dil bilgisi ilə maraqlanmağa başladım. Lakin mənə nə qədər xoş gəlsə də, artıq
bu fənlə əsaslı şəkildə məşğul olmaq gec idi. Və mənə yalnız heyfslənmək qalır.
Niyə bizim gəncliyimizdə gimnaziyalarda dillərin öyrənilməsinin yeni üsulları
tətbiq olunmurdu? Buna baxmayaraq filologiya sahəsindəki uğurlarım Müqəddəs
Xaç məktəbinin bir gənc müəllimi magistr Zillinqin diqqətini çəkdi. O, mənə tez-
tez ziyarətinə gəlməyə, metrik tərcümələrdən və şəxsi poetik əsərlərdən ibarət
işlərimi gətirməyə icazə verdi. Deyəsən, xüsusilə deklamasiya qabiliyyətimə görə