33
Rixard Vaqner
Mənim həyatım
məndən xoşu gəlmişdi. Bu baxımdan məni o qədər yüksək qiymətləndirirdi ki,
mənə - on iki yaşlı oğlana kürsüdən nəinki “İliada”nın bir hissəsini - “Hektorun
Andromaxa ilə vidalaşması”nı, hətta Hamletin monoloqunu oxumağı da etibar
etmişdi. O vaxt – hələ dördüncü sinifdə idim – Ştarke adlı şagird qəflətən vəfat
etmişdi. Bu bədbəxt hadisə hamını o qədər kədərləndirmişdi ki, bütün sinfin yol-
daşlarının dəfnində iştirak etməsi ilə yanaşı, rektor bizə bu hadisə ilə bağlı şeir
yazmağı da tapşırmışdı: bu şeir yoldaşımızın qəbri üstündə oxunmalı və çap
edilməli idi. Rektorumuzun fikrincə, mənim tələsik yazdığım şeir də daxil olmaq-
la təqdim olunan nümunələrin heç biri diqqətəlayiq olmadığı üçün o, ilkin fikrini
bir kənara qoyub qəbrin başında özü çıxış etmək qərarına gəldi. Bundan kefim
pozuldu və mən tez magistr Zillinqi axtarıb tapdım ki, rektora mənim şeirimi
tərifləyib qəbul etdirsin. Biz birlikdə şeirə yenidən nəzər yetirdik. Gözəl quruluş-
lu, səkkizsətirlik, yaxşı qafiyələnmiş bəndlər forma baxımından o qədər xoşuna
gəldi ki, müəllimim onların məzmununa da maraq göstərdi. Şeir mənim yaşım-
da oğlana uyğun olmayan çoxlu təmtəraqlı obrazlarla dolu idi. Yadımdadır, ora-
da Adissonun “Katon”undakı monoloqun (orada intihardan bəhs edilirdi) güclü
təsiri ilə yazılmış yer var idi. Bu monoloqu “ingilis qrammatikası”nda tapmışdım.
Və əgər günəş qocalıb qaralsaydı və ulduzlar yorulub yerə düşsəydi” kimi sözlər
qeyd etdiyim monoloqu həddən artıq xatırladırdı və bu Zillinqi güldürdüyü üçün
mən bir qədər incimişdim. Lakin onun səyləri və şeiri bu cür bəzəklərdən sürətlə
təmizləməsi nəticəsində mən əsərimin rektor tərəfindən oxunmasına, çap olunma-
sına və bir xeyli nüsxəsinin paylanmasına nail oldum.
Bu uğurun nəticəsi həm yoldaşlarımın arasında, həm də ailədə qeyri-adi təsir
bağışladı. Dindar anamın əlləri yana düşdü, mən isə öz istedadımı aşkarladım.
Daha şübhə yox idi. Mən şair olmalıydım. Magistr Zillinq məndən böyük poema
gözləməyə başladı və material kimi Pavzaniyanın icmalında Parnass yaxınlığındakı
döyüşdən istifadə etməyi təklif etdi. Onu bu seçimə Pavzaniyanın bəhs etdiyi əfsanə
həvəsləndirmişdi. Orada deyilirdi ki, Miladdan əvvəl ikinci yüzillikdə qalların yağ-
malamasından qorunmaq üçün yunanlara muzalar, ilham pəriləri kömək etmişdi:
onlar Parnassdan enib qalları dəhşətli dərəcədə qorxutmuşdular. Və mən həqiqətən
hekzametrlə qəhrəmanlıq poeması yazmağa başladım, lakin ilk nəğmədən o yana
keçə bilmədim. Yunan dili biliklərim yunan tragiklərini orijinalda başa çıxacaq
qədər inkişaf etməmişdi. Lakin məndə yunan şeir formalarını mükəmməl şəkildə
mənimsəmiş təqlidçilərlə tanışlığa meyl yarandı. Bu növün gözəl nümunələrini
təsadüfən Avqust Apelin adam sarsıdan əsərləri arasında tapmışdım. Daha dəqiq
desəm, “Polidoys”da və “Etoliyalılar”da. Hətta yunan nümunəsində faciə yazmağı
da düşünmüşdüm. Mövzu olaraqHiginusun nəql etdiyi Odisseyin ölümü əhvalatını
seçmişdim. Bu varianta görə qəhrəman Kalipsodan olan oğlu tərəfindən öldürül-
müşdü. Lakin bu işi də başlanğıcını yazıb yarımçıq qoydum.