Rixard Vaqner
Mənim həyatım
34
9
Burdan bir şey aydındır ki, ağlımın qəbul etdiyi istiqamətin quru məktəb
dərsləri ilə heç bir ortaq cəhəti yox idi. Yunan əsatirləri, poetik dastanlar və nəhayət,
tarix məni cəlb edən yeganə fənlər idi. Mən fəal uşaq idim, dostlarımla ünsiyyət
saxlayır və mümkün bütün gəzintiləri və səyahətləri sevirdim. Həmişə yoldaşla-
rımdan birinə qəribə dostluqla bağlı olurdum. Bu bağlılıqlar tez-tez dəyişirdi və
dost seçimində adətən onun fantastik cəhdlərimə münasibəti mühüm rol oynayır-
dı. Bu gah nəsr, gah nəzm, gah teatr tədbirləri, gah çöldə veyillənmək, gah da şən
dəcəlliklər olardı. Bundan başqa, on üç yaşım olanda vəziyyətimiz əhəmiyyətli
dərəcədə dəyişdi: bir müddət sonra ailə başçısı və qazanc gətirən bacım Rozali-
ya Praqadan sərfəli təklif aldı, 1826-cı ildə anamla bacılarım Drezdendəki bütün
işləri ləğv edərək onun yanına köçdülər. Məni Müqəddəs Xaç məktəbini bitirib
universitetə daxil olana qədər tək qoydular və Beme ailəsinin onillik pansionun-
da yerləşdirdilər. Burada qaldığım vaxt yeniyetməlik dövrümlə üst-üstə düşürdü.
Kasıb və bir qədər səs-küylü Beme ailəsi çox sərt rəftar edirdi. Burada məşğələlər
üçün sakitlik və dinclik axtarmaq əbəs idi, bacılarımın yumşaldıcı və fantastik
təsirinin çatışmazlığını da hiss edirdim. Mübarizə və davalarla dolu səliqəsiz, səs-
küylü həyat başladı. Zərif qadın elementinin təsiri burada da özünü göstərirdi.
Lakin bu dəfə yeni tərəflərini kəşf edirdim. Ailənin böyük qızları var idi və onla-
rın yanına rəfiqələri gəlirdi. Mənim uşaq sevgisi ilə bağlı ilk xatirələrim bu dövrə
təsadüf edir. Arada Bemegili çox gözəl, əla tərbiyə görmüş bir qız ziyarət edirdi.
Deyəsən, adı Amaliya Hoffman idi. O bəzi bazar günləri ən gözəl geyimini geyinib
gəlir, içəri daxil olanda heyranlıqdan nitqim tutulurdu. Bir dəfə isə özümü yatmış
kimi göstərdim ki, qızları birlikdə xeyli güc sərf edərək məni yatağıma aparma-
ğa məcbur edim. Qızların belə toxunuşundan xoşallandığımı təəccübümə rəğmən
kəşf etdəndən sonra bu fəndə yenə də əl atmağa başladım.
Bu dövrdə mənə ən güclü təsir edən hadisə isə ailəmdən ayrılmağım və qısa
görüş üçün Praqaya getməyim oldu. Qışın oğlan çağında anam Drezdenə gəldi və
məni səkkiz günlüyə özü ilə apardı. Anamla səyahət özünəməxsus bir şey idi: o,
həmişə müxtəlif gözlənilməzliklər və macəralarla dolu fayton səyahətini sürətli
poçt arabaları ilə səfərlərdən üstün tuturdu. Drezdendən Praqaya yolumuz tam üç
sərt şaxtalı gün çəkdi. Bohemiya dağlarından keçid bütün mümkün təhlükələrlə
müşaiyyət olunurdu və biz macəraların, maneələrin öhdəsindən gəlib Praqaya ça-
tanda mən dərhal anladım ki, özüm üçün tamamilə yeni mühitə düşmüşəm. Sak-
soniyadan Bohemiyaya səfər, daha dəqiq desəm, Praqa ziyarətim uzun müddət
mənim üçün ən poetik, füsunkar xatirələrdən biri olaraq qaldı. Mənə yad millət,
sakinlərin qırıq alman dili, qadınların qəribə baş geyimləri, yerli şərab, arfaçılar,