35
Rixard Vaqner
Mənim həyatım
küçə musiqiçiləri və ən əsası, hər tərəfə səpələnmiş katolisizm emblemləri, çoxsay-
lı kilsələr və müqəddəslərin təsvirləri – bunların hamısı mənə qəribə, sərxoşedici
təsir bağışladı. Ola bilsin, bu təəssürat fantastikaya və teatra meylim fonunda meş-
şan həyat şablonun əksinə çevrildi. Hər şeydən əvvəl Praqanın – öz nümunəsiylə
yeganə şəhərin qədim möhtəşəmliyi və gözəlliyi təxəyyülümü dərindən sarsıtdı.
Ailə mühitində də indiyə qədər mənə yad olan elementlərlə qarşılaşdım. Məndən
cəmi iki yaş böyük olan bacım Ottiliya bir zadəgan ailəsi – qraf Paxtın ailəsi ilə sıx
dostluq qurmuşdu. Qrafın sonralar uzun müddət Praqanın ən yaxşı bəzəyi hesab
edilən iki gözəl qızı Jenni və Avqusta bacıma elə böyük sevgiylə bağlanmışdılar
ki. Mənim üçün bu varlıqlar və elə bu növ münasibətlərin xüsusiyyətləri tamamilə
yeni və heyranedici bir şey idi. Bundan başqa, evimizdə Praqanın bəzi görkəmli
şəxsiyyətləri olurdu. Onlardan biri V. Marzano adlı qeyri-adi dərəcədə yaraşıqlı və
nəzakətli adam idi. Tez-tez təzəcə məşhurlaşmış və böyük səs-küyə səbəb olmuş
Hofmanın əsərləri ilə bağlı qızğın söhbətlər aparılırdı. Burada ilk dəfə səthi olsa
da, bu fantast-yazıçı ilə tanış oldum. Onun əsərləri məni həyəcanlandırırdı və bu
təsir illər ərzində böyüyür və güclənib ifrat həddə çatmışdı. Xüsusilə, Hofmanın
qeyri-adi, qəribə dünyagörüşü, onun həyata münasibətinin xarakteri mənə hakim
kəsilmişdi.
10
1827-
ci ilin baharında növbəti dəfə Drezdendən Praqaya yola düşdüm. Bu
dəfə yoldaşım Rudolf Bemenin müşaiyəti ilə piyada səfər etdim. Səyahətimiz
macəralarla dolu idi. Axşama Teplisə çatdıq və orada gecələdik. Səhər yola davam
etdik. Ancaq bu dəfə araba ilə gedəsi olduq. Çünki ayaqlarımızı yara olana qədər
sürtmüşdük. Lakin pulumuz Lovozisə qədər getməyə bəs elədi. Qızmar günəş al-
tında yorğunluqdan bitab düşmüşdük, ac idik. Şosseyə çıxana qədər yad ölkənin
yad yolları ilə getdik. Burada gözəl faytona rast gəldik. Mən özümü sənətkar şa-
girdi kimi təqdim edərək bu alicənab insanlardan pul istədim, yoldaşım isə qor-
xub yol kənarındakı xəndəkdə gizləndi. Gecələmək üçün xoşbəxtlikdən bizi yaxşı
qəbul edən meyxanaya girdik və bayaq aldığımız pulları nəyə sərf edəcəyimizi
qərarlaşdırmağa başladıq: şam yeməyinə, ya gecələməyə. Şam etmək qərarına
gəldik. Gecəni isə çöldə keçirəcəkdik. Mədəmizi dolduran vaxt içəri qeyri-adi bir
səyyah girdi. Onun başında metal nişanlı qara məxmər beret, çiynində arfa var idi.
O, sevincək halda musiqi alətini çiynindən düşürdü, yerini rahatladı və bolluca
yemək sifariş etdi. O, gecəni burada qalıb səhər Praqaya yola düşmək niyyətində
idi. Səyyah Praqada yaşayırdı, indi isə Hannoverdən gəlirdi. Sözarası dayanma-
dan zarafatlar edən və fürsət düşdükcə sevimli “non plus ultra” ifadəsini işlədən