Rixard Vaqner
Mənim həyatım
36
şən adam xoşuma gəldi və inam aşıladı. Biz tez tanış olduq və sərgərdan musi-
qiçi etibarıma demək olar ki, zərif sevgi ilə cavab verdi. Səhəri gün yola birlikdə
davam etmək qərarına gəlmişdik. O, mənə iki “svansiger” borc verdi və yaddaş
kitabçasına ailəmin Praqadakı ünvanını yazmağı tapşırdı. Şəxsi uğurum mənə
zövq vermişdi. Mənim arfaçım qeyri-adi dərəcədə sevinirdi. Çoxlu şərab içilmiş-
di. O, dəli kimi oxumağa və arfada ifa etməyə başladı və “non plus ultra” kəlməsi
də dilindən əskik olmadı. Nəhayət, tamamilə sərxoş olub sahibin otağında yerdə
sərilşmiş ortaq şaman yatağımıza yıxıldı. Səhər açılanda onu oyatmaq müm-
kün olmadı və biz təravətli havadan istifadə edib onsuz getmək qərarına gəldik.
Belə düşündük ki, bu çevik adam gün ərzində bizə çatacaq. Lakin onu əbəs yerə
gözlədik. O, Praqada da ortaya çıxmadı. Lakin bir neçə həftə sonra bu əsrarəngiz
adam anamı ziyarət etdi. O, pulunu geri almaqdan daha çox gənc dostlarından
xəbər almaq üçün gəlmişdi. Səyahətin sonu bizi yaman yormuşdu. Praqaya bir
saat qalmış təpədən şəhər görünəndə mənim nə qədər sevindiyimi sözlərlə təsvir
etmək mümkün deyildi. Evə çatmağa az qalmış qarşımıza gözəl bir fayton çıxdı və
Ottiliya bacımın iki gözəl rəfiqəsi oradan məni çağırdılar. Dəhşətli görünüşümə,
günəşdən yanmış üzümə, göy kətan köynəyimə və alqırmızı papağıma baxmaya-
raq onlar məni dərhal tanıdılar. Utansam da, ürəyim döyünsə də, birtəhər onların
suallarına cavab verdim və anamın evinə tələsdim. Orada əvvəlcə üzümün rəngini
bərpa etdim, yanıq izlərini yox etdim. Düz iki gün sərf etdim. Sağalmaq üçün tez-
tez üzümə cəfəri həlimi sürtürdüm. Yalnız bundan sonra normal həyata qayıtdım.
Qayıdanda həmin təpədə çevrilib Praqaya baxanda ürəkdən ağladım, yerdə diz
çökdümvə təəccüblənmiş yoldaşımuzunmüddət məni yerimdən tərpədə bilmədi.
Bütün yol boyu ciddi idim. Drezdenə çatana qədər heç bir macəra yaşamadıq.
11
Piyada səyahətlərə meylim məni həmin ilin yayında Leypsiq ekskursiyasın-
da iştirak etməyə sövq etdi. Bu dəfə müxtəlif yaşlardan və siniflərdən olan gimna-
ziya tələbələrindən ibarət böyük kompaniya ilə gedirdik. Bu da yeniyetməliyimin
ən parlaq xatirələrindəndir. Tələbələri təqlid etməyə şüurlu meyl bu mühitdə
hamı üçün xarakterik bir şey idi: biz fantastik geyimlər geyinib özümüzü tələbələr
kimi aparırdıq. Meysenə qədər su yolu ilə səyahət etdik. Ordan isə böyük yolun
kənarındakı ara yollarla, adlarını bilmədiyim kəndlərdən keçdik. Belə kəndlərin
birindəki meyxanada ürəyimiz istədiyi qədər dəcəllik edəndən sonra böyük
tövlədə özümüzə yer elədik. Rastımıza adam boyu qədər marionetləri olan kukla
teatrı çıxdı. Aydındır ki, bütün səyahət kompaniyası tamaşa zalına yığışaraq yal-
nız kəndli auditoriyasına ümid edən teatr sahibini utandırdı. “Henovefa” nüma-