37
Rixard Vaqner
Mənim həyatım
yiş olunurdu. Gələcək tələbələrdən ibarət sırtıq kompaniyanın fasiləsiz atmacala-
rı, zarafatları və lağlağısı tamaşadan təsirlənmiş kəndli tamaşaçıların narazılığına
səbəb oldu. Deyəsən, baş verənlərdən əziyyət çəkən bircə mən idim. Yoldaşlarımın
məzəli hoqqalarına gülsəm də, pyesdən xoşum gəlmişdi və mən məsum kəndli
tamaşaçıların tərəfində idim. Xalq danışığının bəzi parçaları hələ də yadımda qa-
lıb. Qolo Kaspara evə qayıdarkən pfalsqrafı “arxadan elə qıdıqlamağı” təklif edir
ki, “o, bunu öndən hiss etsin”. Kaspar Qolonun sözlərini hərfi mənada pfalsqrafa
çatdırır və o, avaranı günahlandıraraq sarsıdıcı pafosla deyir: “O, Qolo, Qolo! Sən
Kaspara məni arxadan elə qıdıqlamağı tapşırmısan ki, bunu öndən hiss edim”!
Gənc kompaniya Qrimmada üstüaçıq arabalara oturdu – Leypsiqə beləcə getdik.
Lakin əvvəlcə üstümüzdəki bütün tələbə atributlarını çıxartdıq. Qorxurduq ki, əsl
tələbələr bizi görüb bu fırıldağa görə başımıza oyun açsınlar.
Leypsiqdə bir daha səkkiz yaşımda düşdüyümab-havaya qərq oldum. Tome-
nin fantastik evi mənə əvvəlki kimi təsir göstərdi. Ancaq indi inkişaf və müəyyən
məktəb bilikləri Adolf əmi ilə daha şüurlu ünsiyyətə imkan verirdi. Ön tərəfdə
dayanan və atamın kifayət qədər zəngin kitabxanasının sığışdığı kitab şkaflarının
şəxsən mənə aid olduğunu biləndə çox sevinmişdim. Əmimlə birlikdə bu kitabları
gözdən keçirdim, dərhal gözəl Sveqbrük nəşri olan bir neçə latın müəllifini, poetik
əsərləri, zərif ədəbiyyat nümunələrini seçdim və bunların Drezdenə çatdırılma-
sının qeydinə qaldım. Bu gəlişimdə xüsusilə tələbəlik həyatı ilə maraqlanırdım.
Teatr və Praqa təəssüratlarına daha bir fantastik element əlavə olundu – tələbə
dəliqanlılığı. Son illərdə bu mühitdə çox şey dəyişmişdi. Səkkiz yaşlı uşaq olarkən
tələbələri müşahidə edəndə onların qədim alman libasları mənə təsvirəgəlməz
təsir bağışlamışdı: başlarında qara məxmər beret, çılpaq boyunlarında yumşaq
köynəyin qatlama yaxası, çiyinlərinə çatan uzun saçlar. Siyasi təqiblərin təsiri ilə
bu qədim alman libasını mənimsəyən Burschenthumdağılmış, əvəzinə onlar qədər
xarakterik olan, alman ruhuna doğma “həmyerlilər cəmiyyətləri” inkişaf edirdi.
Bu təşkilatların üzvləri ümumilikdə dəbə uyğun, hətta bir qədər mübaliğəli şəkildə
geyinsələr də, adi vətəndaş kütləsindən kostyumlarının əlvanlığı ilə fərqlənir və
hər bir həmyerli təşkilatının özünə uyğun açıq rəngli lentlərlə seçilirdilər. Digər
vətəndaşlara münasibətdə kasta ruhunu qorumaq məqsədi ilə yaradılan “Com-
ment” kimi pedantik qaydaların məcmusunun belə hətta ən zövqsüz almanların
istifadə etməyəcəyi fantastik rəngi var idi. Bütün bunlar mənim üçün məktəbdəki
və evdəki zülmdən emansipasiya haqqında təsəvvürlərlə bağlanırdı. Tələbə olmaq
ehtirasının gücü, quru elmə qarşı artan ikrah və poetik təxəyyülə artan həvəslə
təhlükəli şəkildə birləşirdi. Bütün bunlar tezliklə vəziyyətimi dəyişmək kimi israr-
lı cəhdlərimdə biruzə verdi özünü.