Rixard Vaqner
Mənim həyatım
38
12
1827-
ci ilin Pasxasındakı konfirmasiya aktı mənim bu mənada tamamilə
vəhşiləşmişvaxtımadüşdü.Xüsusən,kilsəayinlərinəhörməthissimnəzərəçarpacaq
dərəcədə öləzimişdi. Hələ bu yaxınlara qədər böyük həvəslə kilsə mehrabındakı
obraza baxıb dua edərkən bəzən vəcdə gəlib Xilaskarın xaçdakı yerini tutmağı
arzulayan oğlan, onu konfirmasiyaya hazırlayan ruhani simaya hörmətini o qədər
itirmişdi ki, keşişi ələ salanlara belə qoşulmuşdu, hətta bir dəfə konfirmant yoldaşı
ilə etiraf üçün keşişə çatacaq pulun bir hissəsini xərcləmişdilər. Ancaq qəlbimin
dərinliyində nə baş veirirdi, mən bunu müqəddəs həsr edilmə aktı zamanı, xorlar
nəğməsini səsləndirəndə, orqanın səsi ucalanda və bütün konfirmantlar kimi mən
də mehrabın ətrafında prosessiya ilə dövr etməyə başlayanda, qorxu içində anla-
dım. Evxaristiya ayinində bədənimi bürüyən əsməcə yaddaşıma elə dərin həkk
olunub ki, gələcəkdə bir də belə əhvala özümdə rast gələ bilməyəcəyimdən qorxu-
duğum üçün bir daha belə ayinlərə qoşulmadım. Bunu asanlaşdıran həm də o idi
ki, protestanlarda bu baxımdan heç bir məcburiyyət yoxdu.
Tezliklə Müqəddəs Xaç məktəbi ilə əlaqələrimi kəsmək və ailəmi məni
Leypsiqə köçürməyə məcbur etmək üçün əlimə düşən bəhanədən istifadə et-
dim. Ümumiyyətlə, hörmət etdiyim onrektor Baumqartenin mənə görə ədalətsiz
cəzasından qaçmaq üçün rektora Leypsiqə çağırıldığım barədə məktub aldığımı
bildirdim və məzuniyyət istədim. Bu vaxt artıq üç aydı ki, Bemenin evini tərk edib
damda yerləşən balaca bir otaqda tək yaşamağa başlamışdım. Burada mənə sa-
rayın gümüş təmizləyəninin dul arvadı qulluq edir və demək olar, istisnasız-fi-
lansız bütün günü məşhur duru sakson kofesi ilə bəsləyirdi məni. Bu otaqda yal-
nız bir işlə məşğul olurdum: şeirlər yazır və eyni zamanda nəhəng tragediyamın
ilk eskizlərini yaradırdım. Bu ailəmi tamamilə sarsıtmışdı. Belə erkən sərbəstlik
nəticəsində işlərimin, düşdüyüm vəziyyət onsuz da nigaran olan anamı məni
Leypsiqə köçürməyə razı saldı – özü də parçalanmış ailəmizin bir hissəsi artıq
orada yaşayırdı.
Leypsiqə meylim ilk növbədə uşaq vaxtı orada yaşadığıım fantastik təəs-
süratlarla, daha sonra tələbə həyatına olan xəyalpərəst maraqla izah olunurdu.
Son vaxtlar buna daha bir cazibədar səbəb də əlavə olunmuşdu. Artıq 22 yaşı olan
bacım Luizanı demək olar ki, tanımırdım. Belə ki, atalığımın ölümündən sonra
o, səhnəyə çıxdığı Breslavla yola düşmüşdü. İndi o Leypsiq teatrına anqajement
almışdı və yolüstü bir neçə günlük Drezdendə qalmalı olmuşdu. Bu yad bacıyla
görüş, onun bu görüşdə aşkarladığı səmimi mehribanlıq və sevinc, eyni zamanda
onun bütün bu oynaq, gülərüz varlığı məndə xoş duyğular oyatmışdı. Anam və
Ottiliya bacım da Leypsiqdə idilər, onunla birlikdə yaşamağı ən böyük zövq hesab