39
Rixard Vaqner
Mənim həyatım
edirdim. İlk dəfə bir bacımdan mehribanlıq görmüşdüm. Həmin ilin (1827) Milad
bayramıında Leypsiqə gəlib Ottiliyanı, ögey bacım Sesiliyanı və anamı görəndə
onların arasında özümü cənnətdəki kimi hiss etdim. Lakin bu vaxt ərzində
münasibətlərimizə böyük dəyişikliklər gətirən bir hadisə baş vermişdi: bacım Lui-
za möhtərəmvə zəngin kitab taciri Fridrix Brokhauzla nişanlanmışdı. Görünür, ka-
sıb nişanlısının qohumlarının çoxluğu bəyin və gələcək ərin – fövqəladə dərəcədə
gözəl ürəyə sahib insanın gözünü qorxutmamışdı. Lakin bacım özünü narahat hiss
etdiyi üçün heç xoşa gəlməyən tərəfini göstərdi. Bundan sonra həyatını davam
etdirəcəyi yüksək dairələrə, nəcib cəmiyyətə uyğunlaşmaq istəyi şən, əyləncəli qı-
zın xasiyyətini tamam dəyişmişdi. Ondan ötən vaxt ərzində o qədər yığmışdım
ki, əlimə düşən ilk fürsətdə dalaşmışdıq. Digər tərəfdən, özüm də kefimi pozan
qınaqlara şərait yaradırdım. Leypsiqə köçəndən bəri məşğələləri atmaqla yanaşı,
nizam-intizamlı məktəb təhsilindən də sapmışdım: bəlkə də məktəbin quru pe-
dantizmi mühüm rol oynamışdı.
13
Leypsiqdə iki gimnaziya var. Köhnə - “Thomas Schule” və təzə “Nicolai
Schule”. O dövrdə “Nicolai Schule”nin reputasiyası daha yaxşı idi. Ona görə məni
həmin məktəbə göndərdilər. 1828-ci ildə qəbul sınağından məni keçirən müəllim
kollegiyası qərar verdi ki, gimnaziyanın ləyaqətini qorumaq məqsədilə məni birba-
şa altıncı sinfə qəbul etmək olmaz. Hərçənd, Müqəddəs Xaçda artıq bu mərhələni
keçmişdim. Ona görə məni beşinci sinifin yuxarı bölməsinə qəbul etdilər. Artıq
on iki nəğməsini tərcümə etdiyim Homeri bir kənara qoyub daha yüngül yunan
nasirlərinə keçməyə məcbur olanda məyusluğumun həddi yox idi. Bu inciklik
əhvalımda özünü biruzə vermişdi. Davranışım müəllimlərlə münasibətlərimi
korlamışdı. Bu şərtlərdə məktəbin ağır təzyiqi məndə etiraz oyadırdı. Bu əhvalı
gücləndirən yeni səbəblərin həyatımda böyük rol oynaması da bu etirazı israr-
lı edirdi. Əvvəla, gözlərimin önündə azad tələbə həyatının nümunəsi var idi ki,
bu da qeyzlənmək üçün daimi səbəb idi. İkincisi, məktəb pedantizminə nifrətimə
gözlənilməyən digər, daha ciddi bir səbəb də əlavə olunmuş, sanki dəstək tap-
mışdım. Əmim Adolf Vaqnerin təhtəlşüur, onun özünə də uzunmüddət aydın
olmayan anlaşılmaz təsirini nəzərdə tuturam ki, bu ünsiyyət yetişməkdə olan
yeniyetmənin özünəməxsus inkişafında dərin izlər qoymuşdu.
Alim qohumuma çox tez bağlanmağım sübut edir ki, fantastikaya meylim
yalnız səthi əyləncələrlə məhdudlaşmırdı. Əlbəttə, ünsiyyət və söhbət zamanı o,
çox cəlbedici olurdu. Həm filologiya, həm fəlsəfə, həm də ədəbi-poetik sahələrdəki
eyni dərəcədə dərin, müxtəlif yönlü bilikləri onu bütün həmsöhbətləri üçün çox