Rixard Vaqner
Mənim həyatım
40
maraqlı adama çevirirdi. Lakin bununla yanaşı o, nəinki maraqlı, hətta müəyyən
qədər anlaşıqlı yazmaq qabiliyyətindən belə məhrum idi. Bu çatışmazlıq onun
ədəbi aləmə təsirini əhəmiyyətli dərəcədə azaldırdı və bəzən gülməli vəziyyətlərə
salırdı: polemikalar zamanı tez-tez onun ifadələri anlaşılmazlıq və təmtəraq
nümunəsi kimi misal gətirilirdi. Əlbəttə, mənim üçün bunun heç bir fərqi yox idi.
Özüm inkişafın elə bir mərhələsində idim ki, hər bir təmtəraqlı söz anlaşılmaz ol-
duqca bir elə dərin görünürdü. İkincisi, həm də ona görə ki, əmimin yazdıqlarını
oxumaqdan çox, onunla söhbət edirdim. Əmim heyranlıqla onu dinləyən gənclə
söhbət etməyi xoşlayırdı. Təəssüf, başı öz bəlağətli nitqinə qarışan və bəlkə də
özünə kənardan tamaşa edən əmim tez-tez elə sözlər seçirdi ki, mənim yeniyetmə
şüurum bunu anlaya bilmirdi. Mən hər gün onun yanına gəlir və şəhər darva-
zalarına doğru onun sağlamlığı üçün vacib olan naharsonrası gəzintiyə çıxarır-
dım əmimi. Düşünürəm, yanımızdan ötəndə əmi ilə qardaşoğlunun qızğın, dərin
mübahisələrinə qulaq verənlərin üzündə dəfələrlə təbəssümə səbəb olmuşuq.
Müzakirələrimizin mövzusu elm sahələrindəki ən ciddi və yüksək şeylər olurdu.
Onun kitabxanasındakı kitablar məndə gah bir, gah digər istiqamətə həvəs, ma-
raq yaradır və mən ədəbiyyatın bir sahəsindən o birinə adlayır, heç birini əsaslı
mənimsəmirdim. Əmim klassik faciələri oxuyarkən mənim diqqətli və həvəsli
dinləyici olduğumu görüb sevinirdi. Bu məqsədlə hətta özü “Şah Edip”i tərcümə
etmişdi. O, özünü sıx dostluq əlaqələrində olduğu Tikdən sonra ən yaxşı qiraətçi
hesab edirdi. Bəzən o, yunan faciələrini oxuyarkən yuxuladığımı xatırlayıram. La-
kin əmim buna görə məyus olmurdu, hətta görməzlik edirdi. Həm də həyat yolda-
şı məni gülərüz qarşıladığı və mehriban rəftar etdiyi üçün axşamları onun evində
keçirməyi daha da xoşlayırdım. Məsələ burasındadır ki, Tomenin evində əmimlə
ilk tanışlığımdan sonra onun həyatında ciddi dəyişiklik baş vermişdi. Görünür,
bacısı Frederika ilə dostlarının evində tapdığı sığınacaq vaxt keçdikcə onu sıxma-
ğa başlamışdı: oradakı həyat onun çiyinlərinə həddən artıq utancverici yük idi.
Ədəbi işdən müəyyən məbləğ qazanırdı və nəhayət, o, özünü şəxsi ailəsini qur-
mağa layiq bilmişdi. Yaş baxımından özünə uyğun və dost münasibətlərdə oldu-
ğu bir qızı seçmişdi. Bu qız Leypsiqdə kifayət qədər məşhur olan estetik Vendtin
bacısı idi. Əmim naharsonrası gəzintinin ardından Janettaya bir söz demədən seç-
diyi xanımla kilsəyə gedir və vacib mərasimlərdən sonra evlənir. Evə qayıdanda
buradan köçdüyünü və daha sonra əşyalarını aparmağa adam göndərəcəyini elan
edir. Əmim köhnə dostunun böyük təəccübünü və bəlkə də qınaqlarını yumşaq,
sakit, lakin möhkəmliklə qarşıladı. O, ömrünün son günlərinə qədər arabir ona
incikliyini bildirən “Mamselle Thome”ni ziyarət də elədi. Qardaşının gözlənilməz
xəyanətinin əziyyətini hərdənbir yazıq Frederika çəkməli olurdu yalnız.
Əmimin məni ən çox cəlb edən xüsusiyyəti dövlət, kilsə və məktəb
pedantizminə kəskin və aşağılayıcı münasibəti idi ki, bu da adətən yumoristik