41
Rixard Vaqner
Mənim həyatım
formada əks olunurdu. O, həyata mülayim baxışı ilə mənə tam sərbəst düşüncəli
adam təsiri bağışlayırdı. Xüsusilə, məktəb pedantizminə nifrətindən xoşlanır-
dım. Bir dəfə Nikolai Schule-nin müəllim şurası ilə böyük qarşıdurmam yara-
nanda məktəbin rektoru ailəmizdəki yeganə kişi olan əmimə mənim davranı-
şımla bağlı ciddi şikayətlər etdi. Şəhər darvazalarında gəzinti zamanı əmim sa-
kit səslə və gülərək məktəbdə nə baş verdiyini soruşdu. Mən vəziyyəti izah edib
məhkum olunduğum və ədalətsiz hesab etdiyim cəza barədə danışdım. O, məni
sakitləşdirdi və dözüb bir ispan məsəlini yadda saxlamağı məsləhət gördü: “Un
rei no puede morir”. Mənim vəziyyətimə uyğun olan məsəli isə belə izah etdi:
məktəb kimindirsə haqlı da odur.
Əlbəttə, görüşlərimizin nəticələri də onun gözündən yayınmırdı. Söhbətlərin
məzmunu nə mənim yaşıma, nə də inkişafıma uyğun idi və bu əmimi qorxu-
durdu. Bir dəfə ondan Hötenin “Faust”unu oxumağı xahiş edəndə hələ başa
düşməyəcəyimi deyərək məni məyus etdi. Lakin mənə elə gəlirdi ki, bizim bö-
yük şairimiz, hətta Şekspir və Dante barədə əvvəlki söhbətlərimiz mənə bu
yüksək incəsənət nümunələrini yaxın etmişdi, elə bu səbəbdən də Drezdendə
başladığım böyük faciənin davamını gizlincə yazmağa davam edirdim. Məktəblə
münaqişələrim başlayandan dərslərə sərf etməli olduğum qüvvəmi buna həsr
edirdim. Bu sirrimdən yalnız bacım Ottiliyanın xəbəri var idi. Anamın yanında
yalnız ikimiz qalmışdıq. Mehriban bacımın həmin o böyük poetik məqsədimə ilk
dəfə necə həssaslıqla yanaşdığını xatırlayıram. Buna baxmayaraq onu məruz qoy-
duğum bütün əzablara sevgi ilə dözürdü. Mən üzərində işlədiyim əsərdən ayrı-
ayrı hissələri gizlincə və riqqətlə bacıma oxuyurdum. Bir dəfə faciənin ən dəhşətli
səhnələrindən birini yüksək səslə oxuyarkən çöldə çovğun qopdu. Yaxınlığa il-
dırım düşdü və göy guruldadı. Bacım səksənib susmağım üçün yalvarırdı. La-
kin xahişlərin əbəs yerə olduğunu görüb susur və insanın qəlbinə toxunan itaətlə
dözməyə davam edirdi.
14
Nəhayət, həyatımın üfüqündə qara buludlar toplaşmağa başladı.Təhsil
öhdəliklərinə laqeyd münasibət o dərəcəyə çatmışdı ki, məktəblə əlaqələrin ta-
mam kəsilməsi qaçılmaz oldu. Anamın bundan xəbəri yox idi, mən isə qorxmaq-
dan daha çox fəlakət axtarışındaydım. Bu fəlakəti ləyaqətlə qarşılamaq üçün
əvvəlcədən doğmalarımı artıq bitmiş faciəmlə sarsıtmaq qərarına gəldim. Bu bö-
yük əsəri əmim təqdim etməli idi. Onun səmimi rəğbətindən və məndə böyük
poetik istedad görməsindən şübhə etmirdim: həyatın vacib məqamlarında, elmdə
və incəsənətə baxışlarımız heyrətləndirici dərəcədə üst-üstə düşməsi mənim üçün