Rixard Vaqner
Mənim həyatım
42
əsas zəmanət idi. Mən həcmli əlyazmamı “Nicolai Schule” ilə münasibətlərim
və bundan sonra məktəb pedantizminin sərbəst inkişafımı sıxışdırmasına izn
verməyəcəyim barədə təfərrüatlı məktubla ona göndərdim. Əmin idim ki, bunun-
la əmimi sevindirəcəm. Lakin tam əksi oldu. Məktubum onu çox qorxutdu. O,
özünü günahkar hesab edərək ailəmizin başına gələn bu bədbəxtliyi xəbər vermək
və məsələni izah etmək üçün anamın və kürəkənimizin yanına getdi. Qoxurdu ki,
mən məhz onun təsiri ilə pis yola düşmüşəm. Mənə isə ciddi bir məktub yazdı və
bundan sonra münasibətlərimizi davam etdirməyəcəyimizi bildirdi. İndiyə qədər
anlaya bilmirəm, nəyə görə o, mənim yolumu azmağıma yumor hissi ilə yanaşa
bilmədi. Maraqlıdır, aldanışımınmahiyyətini izah etmək əvəzinə, o düşünülməmiş
münasibət göstərərək axmaq dünyagörüşümün formalaşmasına səbəb olduğu
üçün özünü qınayırdı.
On beş yaşlı yeniyetmənin cinayətinin mahiyyəti “Leybald və Adelaida”
adlı böyük faciədən ibarət idi.
Təəssüf ki, dramın əlyazması məndə qalmayıb, lakin indinin özündə də o
sanki gözümün qarşısındadır. Xəttim mübaliğəli idi: əyri yazılmış, arxaya əyilmiş
uzun hərflər vasitəsilə əlyazmaya orijinal xarakter vermək istəmişdim. Bu hərflər
bir müəllimimə farsların mixi yazılarını xatırlatmışdı. Dram tamamilə Şekspi-
rin, əsasən onun “Hamlet”inin, “Maqbet”inin, “Lir”inin və Hötenin “Gotz von
Berlinchingen”inin təsiri ilə yazılmışdı. Süjet “Hamlet”in variantı idi, yeganə fərq
belə idi ki, mənim qəhrəmanım “Hamlet”dəkinə bənzəyən şəraitlərdə öldürülən
atasının intiqama səsləyən kölgəsini görəndə bir sıra qətllər törətdikdən sonra
dəli olmaq həddinə çatırdı. Özündə Hamletlə Persi Qeyşpornu birləşdirən Ley-
bald atasına söz verir ki, Roderixin (alicənab atanın şərəfsiz qatilinin adı belə idi)
nəslini yer üzündən tamamilə siləcək. Ağır mübarizədə o, Roderixi, onun oğulla-
rını və ona sadiq doğmalarını öldürür, yalnız ən böyük arzusunu gerçəkləşdirmək
qalır: atasının kölgəsinə qovuşmaq üçün özünü öldürmək. Lakin buna bir şey
mane olur. Roderixin yer üzündə bir övladı qalır. Qəsrdəki qarışıqlıq zamanı
Roderixin qızını sadiq pərəstişkarı xilas edir. Lakin qız ona nifrət edirdi. Bu qıza
vəcd içində olarkən “Adelaida” adını vermişdim. Artıq o dövrdə əski alman diliylə
maraqlanırdım və qəhrəmanımın almanlara xas olmayan adını yalnız Bethove-
nin “Adelaida”sının mənə aşıladığı entuziazmla izah edirdim. Onun xəyalpərəst
nəqəratı mənə sevgi çağırışının simvolu kimi gəlirdi. Dramın sonrakı gedişatın-
da bağışlanma üçün vacib ölüm gecikir. Bunun əsas səbəbi tez bir zamanda Ley-
baldla Adelaida arasında yaranmış ehtiraslı sevgi idi. Bu sevginin yaranmasını və
sevgililərin etiraflarını qeyri-adi şəraitlərdə təsvir edə bilmişdim. Adelaidanı onu
gizlədən nişanlısının əlindən başqa bir cəngavər oğurlayır. Nişanlının da bütün
ailəsini öldürən Leybald quldurun qəsrinə yaxınlaşır, gözlərini qan tutmuş Ley-
bald əslində bütün bu qətlləri qana hərisliyindən yox, öz ölümünü axtardığına