43
Rixard Vaqner
Mənim həyatım
görə edir. Qəsr çox yaxşı müdafiə edildiyinə və qaranlıq düşdüyünə görə hücuma
keçə bilmədiyindən Leybald heyfsilənirdi. Gecə çadır qurmalı olur. Birinci dəfə
onun qəzəbi yorğunluqla əvəz olunur və atasının ruhu “Hamlet”ə uyğun olaraq
vədini yerinə yetirməyi tələb edəndə, gecənin zil qara örtüyünə bürünmüş düşmən
ona qəfil hücum edir və Leybald özü düşmənin əsirinə çevrilir. Qəsrin yeraltı dus-
taqxanasında o, düşməninin qızı ilə qarşılaşır: o da həbs olunub, lakin hiylə işlədib
əsirlikdən azad olur və Leybaldın gözünə elə şərtlərdə görünür ki, Leybald onu
səmavi xəyala bənzədir. Onlar bir-birilərini sevirlər, səhraya qaçırlar və burada
öyrənirlər ki, tale onları ölümcül düşmən olmağa məhkum edib. İndiyə qədər Ley-
baldın dəliliyinin əlamətləri bu kəşfdən sonra daha çox güclənir. Buna atasının
ruhu da yardım edir. O, hər dəfə yaxınlaşmaq istəyən sevgililərin arasında daya-
nır. Lakin Leybaldla Adelaida arasındakı bu barışdırıcı sevgiyə yalnız atanın ruhu
mane olmur – Roderixin ruhu da peyda olur. Şekspirin “III Riçard”dakı üsulu ilə
ona Leybaldın öldürdüyü digər ailə üzvlərinin ruhları da qoşulur. Leybald onu
fasiləsiz bezdirən ruhlardan fırıldaqçı alçaq Flamminqin cadusu vasitəsilə azad
olmağa çalışır. “Maqbet”in cadugərlərindən biri ruhları qovmalı idi: lakin o, bu
vəzifəni yerinə yetirə bilmədiyi üçün qəzəbdən boğulan Leybald onu da öldürür.
Cadugər öləndə ona xidmət edən qara qüvvələri də Leybaldın üstünə göndərir.
Dözülməz əzablardan halsız düşən Leybald dəliliyin son həddində sevgilisinin
üstünə düşüb onu bütün pisliklərin səbəbi olmaqda günahlandırır. O, sevgilisini
də öldürüb sakitləşir. Başını Adelaidanın dizlərinə qoyur. Adelaida onu son dəfə
sığallayıb-əzizləyir, qızın qanı onun üstünə axır və Leybald ölür.
Əlbbəttə, mən cəngavərlərin macəraları barədə bildiyim bütün hekayələrdən
Lir” və “Maqbet”ə qədər ixtiyarımda olan hər şeyi istifadə etmişdim ki, dramımı
zəngin situasiyalarla bəzəyim. Əsərimin əsas bəzəyi isə Şekspirin patetik və yu-
moristik lüğətindən mənimsənilmiş dili idi. Təmtəraqlı və şişirildilmiş ifadələrin
cürətli tonu Adolf əmini qorxutmuş və təəccübləndirmişdi. Mənim hansı cürətlə
Lir” və “Hets fon Berlinhingen”dən ən iddialı ifadələri mənimsəyub istifadə
etməklə yanaşı, həm də onları daha da mübaliğəli etdiyimi anlaya bilmirdi. Yol-
dan çıxdığıma görə, boş yerə itirilmiş vaxt barədə qınaqlar məni xeyirxahlıqla sı-
xırdı . Lakin qəlbimin dərinliklərində özümə bir şeylə təsəlli verirdim. Mən hələ
heç kimin bilmədiyi əsas bir şeyi öyrənmişdim: əsərimi yalnız bir halda düzgün
qiymətləndirmək olardı, əlbəttə, əgər onun musiqisi olsaydı... Mən bu musiqini
yazmaq qərarına gəldim və yaxın gələcəkdə çox ləngimədən bununla məşğul ol-
dum.
Bu yerdə isə musiqi ilə münasibətlərimin necə formalaşdığını danışmalıyam
və bunun üçün lap əvvəldən başlamalıyam.