Rixard Vaqner
Mənim həyatım
44
15
Ailədə iki bacım musiqi ilə məşğul olurdu: böyük bacım Rozaliya fortepi-
anoda ifa etsə də, elə bir uğur qazanmamışdı. Əksinə, Klara daha bacarıqlı idi.
Onun böyük musiqi duyumu və gözəl ilıq tonda fortepiano ifası ilə yanaşı elə zərif,
mənəviyyatı açan səsi var idi ki! Həm də bacımın səsi o dövrün məşhur musiqi
müəllimi Mikşin rəhbərliyi ilə tez və parlaq inkişaf etdiyi üçün o, artıq on beş ya-
şında primadonna ampulasına hazır idi. Həqiqətən o, həmin vaxt Drezdendə Ros-
sininin operasında Çenerentola rolunda ilk dəfə səhnəyə çıxmışdı. Yeri gəlmişkən,
məhz bu erkən inkişaf Klaranın səsinin axırına çıxdı və bütün həyatında ağır iz
qoydu. Bu iki bacım ailəmizin musiqi təmsilçiləri idilər. Məhz Klaranın istedadı
sayəsində kapelmeyster K.M. fon Veber bizə tez-tez qonaq gələrdi. Onunla ya-
naşı nəhəng sopranoya malik müğənni Sassaroli də evimizin daimi qonaqların-
dan idi. Bu alman və italyan musiqisinin iki nümayəndəsinin arasında musiqi
müəllimi Mikş dayanırdı. Hələ uşaq olanda alman və italyan musiqiləri ilə bağlı
mübahisələri eşidib öyrənmişdim ki, sarayda uğur qazanan hər bir kəs mütləq
italyan məktəbini mənimsəməlidir. Ailə şuramızda bu məsələ müəyyən praktiki
əhəmiyyət kəsb ediridi. Səsinin gücü tam yerində olduğumüddətdə Klaranı alman
və italyan operası öz tərəflərinə çəkməyə çalışırdı. Çox yaxşı yadımdadır ki, lap
əvvəldən alman operasının tərəfində idim. Bəlkə də bu iki fiqurun – Sassaroli və
Veberin mənə göstərdikləri kəskin təsir də müəyyən rol oynayırdı. Olduqca hün-
dürboy və yekəqarın bu italyan müğənnisi məni özünün yüksək səsi, heyrətamiz
dərəcədə sürətli nitqi, hər zaman qulaqdələn kəskin gülüşlə qəhqəhə çəkməyə
hazırlığı ilə özündən itələyirdi. Yumşaqqəlbli olmasına, ailəmizin onu sevməyinə
baxmayaraq bu adamdan hədsiz dərəcədə zəhləm gedirdi. İtalyan dilində da-
nışıq və ifa mənə iblisin kəşfi kimi gəlirdi. Bacımın başına gələn bədbəxtlikdən
sonra italyan fitnə-fəsadı və fırıldaqçılığı ilə bağlı o qədər söhbət eşitmişdim ki,
məndə İtaliya ilə bağlı hər şeyə güclü ikrah hissi yaranmışdı və hətta bir xeyli
müddət sonra bu, qızğın düşmənçilik həddinə çatmışdı. Veberin nadir ziyarətləri
isə əksinə, bütün ömrüm boyu ona qarşı simpatiya hiss etməyimə səbəb olmuşdu.
Sassarolinin qalmaqallı şəxsiyyətinin əksinə Veberin mehriban, əzabkeş və mənəvi
cəhətdən işıqlanmış siması məndə hədsiz şəfqət duyğusu oyadırdı. Onun uzun-
sov, zərif sifəti, canlı, lakin çox vaxt dumanlı baxışı məni qarşısıalınmaz dərəcədə
özünə cəlb edirdi. Mən tez-tez onu pəncərədən izləyirdim. O, nahar vaxtı yorucu
məşqlərdən qayıdanda axsaya-axsaya bizim evimizin yanından keçərdi. Bu yeriş
mənim təxəyyülümdə böyük musiqiçini, qeyri-adi, fövqəlbəşəri varlığı canlandı-
rırdı. Anam məni – doqquz yaşlı oğlanı ona təqdim edəndə o, məndən soruşdu ki,
nəçi olmaq istəyirəm, bəlkə elə musiqiçi olmağı arzulayıram? Anam cavab verdi