45
Rixard Vaqner
Mənim həyatım
ki, “Freyşüts”ə maraq göstərsəm də, məndə musiqi istedadı ilə əlaqəli heç bir şey
kəşf etməyib. Əslində anam düz qeyd etmişdi: heç nə məni “Freyşüts”ün musiqi-
si qədər həyəcanlandırmırdı; mən operanın gedişatında yaşadığım təəssüratları
bərpa etməyə çalışırdım, lakin qəribə olsa da, o vaxt bu məni musiqini öyrənməyə
həvəsləndirmirdi. Sadəcə bacılarımın ifasında “Freyşüts”dən ayrı-ayrı parçala-
rı dinləməyi sevməklə kifayətlənirdim. Lakin bu maraq tədricən artırdı. Sadəcə,
Freyşüts”ün uvertürasını ifa edə bildiyi üçün Şpiss adlı gəncə bağlandığımı xatır-
layıram. Onu harada görsəm, sevdiyim musiqini çalmağı xahiş edirdim. Xüsusilə,
uvertüranın girişi o qədər xoşuma gəlirdi ki, nəhayət ifa edə bilməsəm də, onu for-
tepianoda yığıb özünəməxsus şəkildə əks etdirmək qərarına gəlmişdim. Maraq-
lıdır ki, ailəmizdə bircə mənə musiqi təhsili verməmişdilər. Yəqin bunun səbəbi
anamın qorxusu idi. O, elə zənn edirdi ki, əgər mən də incəsənətin hər hansı bir
növü ilə məşğul olsam, teatra meyl edərəm. Lakin on iki yaşım olanda mənim
üçün Human adlı bir müəllimi dəvət etdilər: bu mənim ilk əsl, amma fərsiz for-
tepiano dərslərim idi. Hələ barmaqlarımı tam idarə etməyi öyrənməmiş, dördəlli
uvertüralara keçdim. Özü də bütün cəhdlərimin məqsədi Veberin uvertüraları
idi. Nəhayət, böyük qüsurlarım olsa da, öz-özümə “Freyşüts” üvertürasını ifa
etməyi öyrənəndə müəllimlə məşğələlərimin əsas məqsədinin yerinə yetirildi-
yini düşünərək bundan sonra dərs almaq istəyi hiss etmədim. Bu vaxt o qədər
irəliləmişdim ki, müəllimsiz, sərbəst keçinə biləcəyimi düşünürdüm və özüm xo-
şuma gələn əsərələri özünəməxsus şəkildə öyrənib – təbii ki, tamamilə səhv - ifa
etməyə çalışırdım. Məhz bu şəkildə Motsartın “Don-Juan”ını ifa etsəm də, heç bir
zövq almamışdım: məsələ burasında idi ki, klaviraustsuqun italyan mətni mənim
gözlərimdə bütün musiqiyə yüngül bir şey kimi yanaşmağa sövq edir və çox şey
mənə boş və kifayət qədər qeyri-ciddi gəlirdi. Yadımdadır, bacım Serlinanın “Bat-
ti, batti, ben Mastto” ariyettasını ifa edəndə musiqi çox zərif və qadınsayağı gücsüz
olduğuna görə xoşuma gəlməmişdi.
16
Lakin sərbəst musiqi məşğələlərinə sevgim güclənirdi və mən sevim-
li pyeslərimin üzünü köçürməyə çalışırdım. Veberin “Lutzow’s lagd”ından ilk
köçürməmi başlamaq üçün anam not kağızı almağa pulu həvəssiz vermişdi.
O vaxt musiqi məşğələləri mənim üçün hələ də ikinci dərəcəli olaraq qalırdı.
Amma Veberin ölüm xəbəri və onun “Oberon”a yazdığı musiqi ilə tanış olmaq
arzusu yenidən dəhşətli maraq yaratdı məndə. Bu maraq üçün bolluca qidanı isə
Drezdendəki “Böyük bağ”da Silmanın şəhər orkestrinin iştirakıyla keçirilən na-
harsonrası konsertlər təmin edirdi ki, onlar da mənim sevimli musiqi əsərlərimi