Rixard Vaqner
Mənim həyatım
46
böyük ustalıqla ifa edirdilər, yəni, mənə elə gəlirdi. Yaxından orkestri dinləyəndə
məni bürüyən sehrli, şirin həzzi indinin özündə də aydın xatırlayıram. Hətta mu-
siqi alətlərinin köklənməsi belə mənə mistik təsir göstərirdi: üzərində yay gəzən
skripka kvintasının səsləri mənə ruhlar aləmindən salam kimi səslənirdi və qeyd
edim ki, bunu dolayısı ilə yox, birbaşa, hərfi mənada deyirəm. Hələ uşaq olanda
eşitdiyim kvinta səsi məni o vaxtlar həyəcanlandıran ruhlar dünyası ilə vəhdət
təşkil edirdi. Uzun müddət Şahzadə Antonun Drezdendə
Osterallee
nin sonun-
dakı sarayının yanından qorxusuz keçə bilmirdim. İlk dəfə məhz burada, sonra
daha tez-tez köklənən skripka səsini eşitmişdim. Mənə elə gəlirdi ki, bu səs sa-
rayı bəzəyən daş heykəllərdən çıxır. Onlardan bəziləri əllərində musiqi alətləri
ilə təsvir olunmuşdular. Sonradan Drezdendə kapelmeyster olduğum zaman
artıq xeyli vaxtdı şahzadə sarayının qarşısında yaşayan qoca konsertmeyster
cənab Morgenrotu ziyarət elədim, uşaqlıqda musiqi təxəyyülümü oyadan kvinta
səslərinin mistik ruhlar aləmi ilə heç bir əlaqəsinin olmadığını anlayanda qəribə
hisslər keçirmişdim. O vaxtlar ölməkdə olan qocanın qarşısında skripka çalan
skelet təsvir olunmuş məşhur rəsmi gördüyüm üçün bu səslərin ruhlarla bağlı-
lığı uşaq təxəyyülündə xüsusilə möhkəmlənmişdi. Yekə oğlan idim artıq və hər
gün “Böyük bağ”da Silman orkestrinin ətrafında dolaşdığımı görənlər alətlərin
köklənməsi zamanı gələn xaotik səs şırnağlarını necə şirin hərisliklə tutub canı-
ma hopdurduğumu sezməyə bilməzdi. Qaboyların aramsız uzun A-sı ruhlar
aləmindən xatırlatma kimi, digər alətlər üçün əsrarəngiz çağırış kimi idi. Bu A
əsəblərimi qızdırmalı-gərgin vəziyyətə gətirib çıxarırdı. “Freyşüts”ün uvertüra-
sındakı artan C isə məni birbaşa nağılvari dəhşətlər səltənətinə aparırdı. Və məni
görənlər bütün bunların ruhuma nə aidiyyəti olduğunu bilmirdilər və yalnız for-
tepianodakı zəif ifama əsasən mühakimə yürütməli olurdular.
Onda daha bir musiqi əsəri- “Fidelio” üçün “E-dur” uevertürası, xüsusən
onun giriş hissəsi məni eyni dərəcədə cəlb etmişdi. Mən bacılarımı Bethoven
barədə sorğu-sual etməyə başlamışdım ki, onun ölüm xəbərinin gəldiyini eşitdim.
Hələ Veberin kədərli ölümünü tam qəbul edə bilməmiş, yenicə həyatıma daxil
olmuş musiqi ustadının ölümü mənə qəribə, dəhşətli ağrı bəxş etmişdi. Bu his-
sin uşaq vaxtı skripka kvintalarının yaratdığı təlaşla ortaq cəhətləri var idi. Mən
Bethovenlə daha yaxından tanış olmaq istədim. Leypsiqdə bacım Luizanın yanın-
da fortepianoda “Eqmont”u tapdım. Sonra onun sonatalarını tapmağa çalışdım.
Nəhayət,
Gewandhaus
konsertlərinin birində onun simfoniyasını eşitmək nəsibim
oldu. Bu, A-dur simfoniyası idi: onun mənə təsirini təsvir etməyə sözlər kifayət
etmir. Həmin vaxt ilk dəfə yayılan litoqrafiyalardan Bethovenin xarici görünüşü
ilə də tanış oldum, onun karlığı, insanlardan uzaq, tənha və gizli həyatı barədə
öyrəndim. Bundan sonra təsəvvürümdə onun heç nə ilə müqayisə olunmayacaq
bənzərsiz yüksək və səmavi obrazı yarandı. Bu obraz Şekspirin obrazı ilə uzlaşdı: