47
Rixard Vaqner
Mənim həyatım
onlar birlikdə vəcd dolu yuxularıma gəlirdilər və mən onları görür, söhbətləşir
və göz yaşları içində ayılırdım. Onda Motsartın əsərlərindən
Requiem”
lə tanış ol-
muşdum. Bu həmin ustadla maraqlanmağım üçün çıxış nöqtəsi rolunu oynadı.
Don-Juan”
ın ikinci finalı mənə elə təsir göstərdi ki, onu bütövlüklə xəyal dünya-
ma daxil etdim.
17
Şeir yazmağa çoxdan başlamışdım, indi isə təbii ki, musiqi bəstələməyi
öyrənməliydim. Lakin burada xüsusi, ayrı bir texniki sahənin öyrənilməsi tələb olu-
nurdu və məsələ çox sadə, kifayət qədər uğurlu hesab etdiyim şairliyimdən daha
çətin idi. Bu çətinliklərlə mübarizə tezliklə bütün həyatımın istiqamətini təyin etdi.
Həyatım görünüşcə “musiqiçi”nin həyatına bənzədi və vaxt keçdikcə üzərimə “ka-
pelmeyster” və “opera bəstəkarı” kimi önəmli, xüsusi möhürünü vurdu.
Beləliklə, “Leybald və Adelaida”ya Bethovenin Hötenin “Eqmont”una yaz-
dığı kimi musiqi bəstələmək istəyirdim. Xasiyyətcə fərqlənən, ruhlar dünyasın-
dan olan bütün ayrı-ayrı tiplərə müəyyən musiqili müşayiətin köməyi ilə müvafiq
kolorit vermək lazım idi. Tez bir zamanda bəstələməyi öyrənmək üçün Logierin
Methode des Generalbasses”
kitabına müraciət etdim. Bir musiqi kitabxanasın-
da məqsədimə çatmaq üçün ən yaxşı təlimat kimi bu kitabı oxumağı məsləhət
görmüşdülər. Ömür boyu, dayanmadan məni bezdirən maddi çətinliklər elə bu
andan başlamışdı. Logierin kitabını bir neçə həftəyə öhdəsindən gəlmək və ödənişi
cib xərcliyimdən vermək ümidi ilə yeddi günlük abunə haqqı ödəməklə götürdüm.
Lakin həftələr aylarla uzandı və mən hələ də istədiyim kimi bəstələyə bilmirdim.
Kitabxananın sahibi Fridrix Vik, Robert Şumanın gələcək qayınatası mənə ciddi
xəbərdarlıqlar etməyə başladı və abunə haqqı az qala kitabın öz qiymətinə çatan-
da bütün həqiqəti yaxınlarıma açmaq məcburiyyətində qaldım. Beləliklə də, onlar
nəinki mənimmaddi çətinliklərimlə, həmçininmusiqi sahəsindəki yeni fikirlərimlə
tanış oldular. Lakin onlar yenə də məndən “Leybald və Adelaida”dan artıq bir
şey gözləmirdilər. Evdə böyük narazılıq yarandı. Anam, bacım və kürəkənimiz
mənim gələcək məşğuliyyətlərimə nəzarət və əgər yenə yoldan çıxsaydım necə
xəbərdar olacaqları barədə məsləhətləşdilər. Onda hələ məktəbə münasibətim
barədə bütün həqiqəti bilmirdilər və şairlik kimi tezliklə bu hoqqadan da soyuya-
cağım ümidi ilə təskinlik tapırdılar.
Bununla yanaşı, evimizdə müəyyən dəyişikliklər baş verdi və mən bu-
nun sayəsində 1829-cu ilin yayı ərzində tamamilə özbaşına qaldım, Leypsiqdəki
mənzilimizdə tək yaşadım. Həmin dövrdə mənim musiqi həvəsim fövqəladə, fan-
tastik həddə çatdı. Gizlin-gizlin Leypsiq orkestrinin dəyərli musiqiçilərindən olan