Rixard Vaqner
Mənim həyatım
48
H. Müllerdən (sonralar Altenburqda orqan ifaçısı) harmoniya dərsləri almağa baş-
lamışdım. Bu dərslərin ödənişinin gələcəkdə mənə ailə tərəfdən böyük problemlər
yaradacağını bilirdim. Lakin müəllimimi heç nə ilə şad edə, təmənnasız əməyi
qarşılığında nəzərəçarpan uğurla mükafatlandıra bilmirdim. Onun dərsləri və
məşğələləri tezliklə məni narazı salmağa başlamışdı. Bunun səbəbini dərslərin
quruluğunda görürdüm. Musiqi mənim üçün kölgələr səltənəti, mistik şəkildə
ucaldılmış möcüzələr dünyası olub və qalır: mənə görə hər bir düzgünlük onu
eybəcərləşdirirdi. Təsəvvürlərimə daha uyğun təlimatları Leypsiq orkestrinin
musiqiçisinin dərslərindən daha çox Hoffmanın
Phantasiestucken”
indən alır-
dım. Məhz həmin vaxtdan mən həqiqətən xəyalat və ruhların bədii dünyasına
nüfuz edib, orada yaşayıb, yaratmağa başladım. Daxili dünyam Kreysler, Kres-
pel və sevimli yazıçımın digər obrazları ilə dolanda, xoşbxətlikdən həyatda da
insan orijinallığının nümunəsinə rastlamışdım: ən azı, ikinci Kreysler olduğunu
kəşf etdiyim bu ideal musiqiçinin adı Flaks idi. Bu uzunboy, heyrətamiz dərəcədə
arıq, ensiz başa və çox qeyri-adi yerişə, hərəkət və danışıq tərzinə malik adamı
mənim üçün musiqi təhsilinin əsas mənbəyi olan bağ konsertlərinin hər birində
görürdüm. O, həmişə orkestrin yanında olurdu, inanılmaz məqsədyönlülüklə ta-
nış olduğu gah bir, gah da digər tanış musiqiçi ilə söhbətləşirdi. Görünürdü ki,
musiqiçlər ona xoş münasibət bəsləyirlər. Təəssüf, musiqiçilərin onu ələ saldığı-
nı sonralar öyrənmişdim. Bu qəribə fiquru əvvəllər Drezdendə gördüyümü xa-
tırlayırdım. Həqiqətən söhbətlərə qulaq asanda əmin oldum ki, o, bütün Drez-
den musiqiçilərini yaxşı tanıyır. Təkcə bu məqam mənim diqqətimi çəkməyə
kifayət etmişdi. Lakin marağımın oyanmasında o, musiqi dinləyərkən apardığım
müşahidələrin xüsusi rolu var idi: o, özünəməxsus və konvulsiv şəkildə başını
yelləyir və yanaqlarını şişirdirdi. Bu mənzərədə şeytani ekstazın ifadəsini gö-
rürdüm. Həm də onun tamamilə tənha, heç bir cəmiyyətə aid olmayan və bağda
musiqinin gedişatını izləyən yeganə adam olduğunu sezdiyim üçün təbii ki, bu
qəribə adamı kapelmeyster Kreyslerə bərabər tutmağa başladım. Onunla mütləq
tanış olmaq istəyirdim və buna nail oldum. Onu ilk dəfə ziyarət edib evindəki
inanılmaz partitura qalaqlarını görəndə aldığım həzzi təsvir etmək mümkün de-
yil! İndiyə qədər heç vaxt partitura görməmişdim. Təəssüf ki, onda Bethovenin,
Motsartın və Veberin heç bir əsəri yox idi. Əksinə, Şterkel, Ştamits, Şteybel kimi ta-
nımadığım bir çox bəstəkarın əsərləri, messaları və kantataları var idi. Lakin Flaks
onlar barədə o qədər yaxşı şeylər danışmışdı ki, partituralara yaranan hörmətim
sevimli ustadlarımın onların arasında olmamasından doğan şübhənin öhdəsindən
gəlməyə kömək etdi. Nəticədə öyrəndim ki, Flaks sadəcə lazımsız musiqi maku-
laturasını ona yüksək qiymətə satan vicdansız fırıldaqçıların qurbanı olub. Qısası,
bunların partitura olması mənim üçün kifayət idi. Flaks mənim ən yaxın dostuma
çevrilmişdi. O tez-tez məni ziyarət edir, tənha mənzilimizdə pendirli buterbrod